Prezident Qarabağ ermənilərinə müraciət etdi
"Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahbəsində deyib.
"Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik. Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm", – deyə Prezident İlham Əliyev bildirib.

Pərviz Şahbazova ağır itki
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?
"Bank Respublika" və OPEC Fund arasında saziş imzalandı - Foto
İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
Prezidentdən Naxçıvanla bağlı FƏRMAN
Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu - Xəsarət alan var+Fotolar
Türkiyəyə doğru iki qırıcı göndərildi - İsraildən ŞOK
Paşinyan Əli Xameneinin vida mərasimində iştirak edəcək
Xamenei atasının dəfnində iştirak edəcək?
Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik
Bu ölkədə yeni Prezident SEÇİLDİ
Kolbasa sevənlərə bəd xəbər - Bu məhsullar
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - Açıqlama