Prezident: "SOCAR-ın təkbaşına iştirak etdiyi "Ümid"-"Babək" layihələrində işlər plan üzrə gedir

Prezident: "SOCAR-ın təkbaşına iştirak etdiyi "Ümid"-"Babək" layihələrində işlər plan üzrə gedirPrezident: "SOCAR-ın təkbaşına iştirak etdiyi "Ümid"-"Babək" layihələrində işlər plan üzrə gedir"
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.
AZƏRTAC Prezident İlham Əliyevin müsahibəsindən növbəti fikirləri təqdim edir:
"Bizim əsas gəlir mənbəyimiz "Azəri-Çıraq-Günəşli" yatağıdır. Orada işlər plan üzrə gedir. İndi orada yeni layihə icra edilir - "Mərkəzi-Şərqi Azəri" adlanan layihə. Bu layihənin dəyəri təxminən, 7 milyard dollara yaxındır və onun icrası nəticəsində artıq yeni mənbələrdən hasilat artacaq. Təbii azalmanı elə bil ki, kompensasiya edəcəkdir. "Azəri-Çıraq-Günəşli" yatağında hazırda 120-dən çox quyu fəaliyyətdədir və eyni zamanda, bu yatağın çox zəngin qaz ehtiyatları var. Ona şərti olaraq "dərin qaz" deyilir və indi "dərin qaz"ın işlənməsi ilə əlaqədar Dövlət Neft Şirkəti öz tərəfdaşları ilə müvafiq işlər aparır".
"Şahdəniz-2" layihəsi icradadır. Artıq TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdəyik və bu, həm bizim üçün, həm Türkiyə üçün çox önəmlidir".
"Bu gün Türkiyəyə qaz qardaş ölkədən gəlir və bu qazın həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq və "Abşeron" yatağından çıxarılacaq. İkinci fazadan çıxarılacaq qaz TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər. Eyni zamanda, "Qarabağ" yatağının işlənilməsi ilə əlaqədar işlər plan üzrə gedir. Bax, burada gördüyümüz dayaq bloku artıq dənizdədir, dənizə göndəriləcək və ümid edirəm ki, bir-iki ildən sonra "Qarabağ" yatağından ilk neft hasil ediləcək. Bu yatağın özəlliyi ondadır ki, orada neft ehtiyatları daha çoxluq təşkil edir və bizim hasilatımızın sabit saxlanması üçün bunun böyük əhəmiyyəti var".
"Digər çox perspektivli layihə "Dayazsulu Abşeron" adlandırılır. Bir neçə aydan sonra o yataqlarda ilk qazma işləri aparılacaq. Ümid edirəm ki, orada da böyük neft ehtiyatını aşkar edəcəyik. SOCAR-ın təkbaşına iştirak etdiyi "Ümid"-"Babək" layihələrində də işlər plan üzrə gedir. Bu da çox perspektivli layihələrdir və bizim planımızda bu layihənin investisiya tutumunu, hasilatı artırmaq var. Çünki yenə də deyirəm, daxili tələbat üçün bizə daim enerji resursları lazımdır və ixrac potensialımız da təmin ediləcək. /oxu.az

Siyasi       Tarix: 19 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son görüntülər son.xabar xəbər hava proqnozu