Prezidentin Almaniya səfəri bizə hansı dividentlər qazandıra bilər? - AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına səfəri böyük maraqla qarşılanıb və geniş rezonans doğurub. Siyasi analitiklər dövlət başçısının Almaniyada bir sıra vacib görüşlər keçirməsinin Azərbaycan üçün vacib əhəmiyyət kəsb etdiyini, iki ölkə arasındakı münasibətlərdə dönüş yaradacağını diqqətə çatdırıblar. Bəs görəsən Prezidentin Almaniya səfərindən əsas gözləntilər nələrdən ibarətdir? Ümumiyyətlə, bu səfər bizə hansı dividentlər qazandıra bilər?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Prezidentin Almaniya səfəri çox mühüm əhəmiyyət kəsb edir: "Qarabağda yenidənqurma və quruculuq işlərinin getdiyi bir vaxtda almaniyalı iş adamları və biznesmenlərilə Prezident İlham Əliyevin görüşü, eləcə də ölkəmizin iqtisadi dividentliyi və işğaldan azad edilən bölgələrin turizm potensialı ilə bağlı təqdimatın keçirilməsi vacib əhəmiyyətə malikdir. Bu, həm də bərpa-quruculuq işlərinə Alman şirkətlərinin cəlb edilməsi baxımından önəmlidir.
Politoloq əlavə edib ki, bu gün Fransanın təhrikləri ilə Avropa İttifaqı daxilində və Avropa Parlamentində Almaniyanın müəyyən təxribatçı siyasətlərə alət edildiyini görmək mümkündür: "Belə vacib bir məqamda Prezidentin səfəri Almaniyada formalaşma ehtimalı olan yanlış siyasi qərarların aradan qaldırılmasına səbəb olacaq. Odur ki, bu səfərdən sonra Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayacaq".
Mövzu ilə bağlı saytımıza açıqlama verən Konfliktoloq Elman Vəliyev bildirib ki, Almaniya ilə Azərbaycan arasındakı əlaqə əsas enerji xətti istiqamətindədir: "Almaniya dünyanın aparıcı iqtisadiyyatına malik sayılı ölkələrdəndir. Bu səfərdən sonra Almaniyanın Azərbaycana investisiyalarını artıracağını gözləyə bilərik. Həmçinin Azərbaycan Avropa Birliyinə qaz nəql edir. Gələcəkdə bu nəqlin miqdarı arta bilər.
Digər bir məsələ isə Azərbaycanı Avropa Birliyi və NATO-ya üzv etmək kimi plannın mövcud olmasıdır. Diqqət etsək, Prezidentin son səfərlərinin NATO ölkələrinə olduğunu görə bilərik. Azərbaycanın NATO-ya üzvlüyünə yalnız Fransa veto qoya bilər. Amma belə bir plan varsa, bu alınacaq. Ümumiyyətlə, Rusiyanın təsirinin güclü olduğu məkanları alyansa daxil etmək əsas hədəflərdəndir".
Müşviq Tofiqoğlu,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir