Prezidentin müsahibəsi ölkəmizin yeni uğurlara imza atacağından xəbər verir

Prezidentin müsahibəsi ölkəmizin yeni uğurlara imza atacağından xəbər verirAzərbaycanın geostrateji mövqeyi həmişə müxtəlif ticarət yollarının üstündə yerləşməsinə görə hamını cəlb etmiş, diqqəti cəlb etmişdir. Bu, həm ticari, həm də siyasi nöqteyi-nəzərdən qovuşuqda yerləşən ölkə üçün heç də asan olmamışdır. Çünki regionun üzləşdiyi bütün əsas məsələlərdə Azərbaycan həmişə üzərində hökmranlıq etmək istəyən tərəflərin səylərinə, bu səylərin haradan daxil olmasına baxmayaraq müqavimət göstərmişdir.
Bütün çətinliklərə baxmayaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan və Xəzər regionu üzərindən Asiya və Avropa arasında daha yaxşı sinerjini yaratmaq üçün uzunmüddətli baxışı və yorulmaz səyləri bu məqsədə əhəmiyyətli dərəcədə töhfə verib.
Azərbaycanın 44 günlük Vətən müharibəsi və işğal altında olan torpaqların azad edilməsi regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni imkanlar yaradıb. Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edən bir nəqliyyat dəhlizində söz sahibi olmaq indiki dövrdə xeyli problemin həll olunması, regionda söz sahibi olmaq, güc deməkdir.
Bu baxımdan cənab İlham Əliyevin maraqların toqquşduğu bir regionda mahir diplomatik bacarığı elə və yürütdüyü siyasətlə Azərbaycanın iqtisadi və regional maraqlarını özündə əhatə edən məsələrədə qətiyyətli mövqeyi çox mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısının bir neçə gün öncə televiziyalara müsahibəsi Azərbaycan vətəndaşları qarşısında onun liderinin növbəti hesabatı olmaqla bərabər, həm tarixi, həm bugünkü, həm də gələcəyə dair kifayət qədər ciddi məlumatlarla zəngin idi. Azərbaycan xalqının etimadını qazanmış, dünya siyasətini dərindən bilən Azərbaycan Prezidenti, ilk növbədə, dünyaya ölkəmizlə bağlı həqiqətləri çatdıra bildi. Azərbaycan dünya səviyyəsində siyasi müstəvidə özünün milli maraqlarını təsdiq edə bilib. Bu gün qüdrətli, güclü Azərbaycan dövləti qurulmaqdadır. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycana ola biləcək hər hansı bir təhdidin, - bizim ərazimizdə və kənarda olmasına baxmayaraq, - qarşısı qətiyyətlə alınacaq. Bu, Ermənistan və onu müdafiə edənlər üçün də çox ciddi bir mesajdır. Həmçinin ölkə Prezidenti faktlarla, xronoloji ardıcıllıqla göstərdi ki, məsələnin sona kimi həll edilməsi üçün Azərbaycan bütün müvafiq addımları atır. Ermənistan isə hər hansı bir möcüzə gözləyir. Bu ölkə hələ də özünün uydurduğu yalanlardan xilas ola bilmir. Atdığı addımlar onu gücləndirmək əvəzinə daha da zəiflədir. Ona görə də, Prezident İlham Əliyevin səmimi müsahibəsi bir daha göstərdi ki, Azərbaycan xalqı güclü dövlət yaratmağa, tarix səhnəsinə qüdrətli lider çıxarmağa və dünya birliyində layiqli yer tutmağa layiqdir. Bunu hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında görür.
Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Ölkə başçısının yerli telekanallara müsahibə zamanı verdiyi əsas mesajlardan biri də budur ki, biz Ermənistanla məsələmizi həll etmişik. "Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə, həm də ki, özündə əminlik olmalıdır" deyən dövlət başçısı bununla real vəziyyəti qiymətləndirdi. Aydın oldu ki, Ermənistan yaranmış fürsəti 2023-cü ildə boşa verməməlidir. Belə ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq. Bu,əslində bir xəbərdarlıqdır. Dövlət başçımızın da söylədiyi kimi, İrəvan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır. Ötən il Ermənistanın törətdiyi təxribatların bu ölkə üçün məlum ağır nəticələri də əslində dərs oldu. Ali baş komandanın da söylədiyi kimi, son bir il ərzində - mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz. Həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir.
Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin açılması bütün Cənubi Qafqazın gələcəyi üçün böyük önəm kəsb edən tarixi zərurətdir və Ermənistan istəsə də, istəməsə də bu layihə reallaşacaq.
Naftalan şəhər sakini Məmmədov Arzu / azxeber.com

Siyasi       Tarix: 13 yanvar 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com valyuta mezennesi valyuta məzənnələri cebheden xeber