Prezidentin təməlini qoyduğu İES-in tikintisi başa çatmaq üzrədir

Prezidentin təməlini qoyduğu İES-in tikintisi başa çatmaq üzrədirPrezident İlham Əliyevin iştirakı ilə 13 fevral 2023-ci il tarixdə Mingəçevir şəhərində təməli qoyulmuş 1880 MVt gücündə yeni İstilik Elektrik Stansiyasında tikintisi əsasən yekunlaşıb. 
KONKRET.az xəbər verir ki, bunu "Azərenerji" ASC-nin Texniki İstehsalat İdarəsinin rəis müavini Muxtar Mahmudov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında "Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
O bildirib ki, hazırda 1 saylı, 2 saylı qaz turbini və 7 saylı buxar turbini test rejimində işə salınaraq, enerjisistemə qoşulub. Elektrik stansiya yüksək texniki-iqtisadi göstəricilərlə işləyərək, 790 MVt gücə nail olunub.
Azərbaycan İES-də 11 ayda  şərti yanacağın xüsusi sərfi faktiki 335,34 qr./kVts təşkil edirsə, yeni stansiyada bu göstərici faktiki 118,07 qram azalaraq, 217,27 qram təşkil edir.
Ümumən elektrik stansiyası 2025-ci ilin 1-ci yarısına istismara hazır vəziyyətə gətiriləcək.
Stansiyasının istismara verilməsi ilə illik 1 mlrd kub metr təbii qaza qənaət ediləcək, 2 milyon ton CO2 emissiyası önlənəcək.
M.Mahmudov enerjisistemin iqlim dəyişikliklərinə adaptasiyası tədbirlərindən də söz açıb.
Qeyd edib ki, Cənub ES-in dayanıqlı iş rejimlərinin təmin edilməsi üçün Kür çayında su səviyyəsinin kəskin şəkildə azalması səbəbindən soyuducu su ilə dayanıqlı təminatı üçün sualtı suaşıran qurğu tikilib.
Xəzər dənizində suyun səviyyəsinin düşməsi ilə əlaqədar yaranmış kritik vəziyyətin "Sumqayıt"ES-in fəaliyyətinə təsirinin aradan qaldırılması layihəsi ilə əlaqədar, stansiyanın dayanıqlı və etibarlı iş rejiminə nail olmaq üçün, dənizin içərisinə doğru 5 metr dərinlikdən soyuq suyun götürülməsinə imkan verən 750 metr məsafədə estekada və yeni su nasos stansiyası tikilib.
Xəzər dənizində suyun səviyyəsinin düşməsi ilə əlaqədar yaranmış kritik vəziyyətin "Şimal" ES-in fəaliyyətinə təsirinin aradan qaldırılması layihəsi ilə əlaqədar, stansiyanın dayanıqlı və etibarlı iş rejiminə nail olmaq üçün, dənizin içərisinə doğru 8 metr dərinlikdən soyuq suyun götürülməsinə imkan verən 540 metr məsafədə estekada və yeni su nasos stansiyası tikilib.//"Qafqazinfo"

Siyasi       Tarix: 04 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu cəbhədən görüntüleri en son xeberler zelzele