"Proseslər bu şəkildə davam etsə, Azərbaycan sərt gücdən istifadə edəcək" – Deputat

"Ermənistan öz riyakarlığını, məkrliyini davam etdirir. Görünən budur ki, onlar müxtəlif platformalarda bir söz deyib, əməldə onun əksi olan hərəkətlərə yol verirlər. Bu, onun siyasətinin mayasıdır". 
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. 
O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında fikirlərin üst-üstə düşmədiyi məsələ Qarabağda yaşayan ermənilərlə bağlıdır:
"Dünyada gedən prosesləri göz önünə gətirərək ümidlənirlər ki, bəlkə hansısa geosiyasi vəziyyət yarana bilər ki, o, bundan yararlanıb daha güzəştli sülh bağlanmasına nail ola bilər. Digər tərəfdən, əslində Ermənistanla Azərbaycan arasında bütün məsələlər ətrafında müəyyən razılıqlar əldə olunub. Fikirlərin üst-üstə düşmədiyi məsələ isə Qarabağda yaşayan ermənilərlə bağlıdır. Azərbaycan haqlı olaraq bunu özünün daxili işi hesab edir. Dəfələrlə ölkə Prezidenti səviyyəsində ən müxtəlif platformalarda deyildiyi kimi, Qarabağda Azərbaycanın vətəndaşlığını qəbul edən, onun bayrağına sığınan ermənilər digər Azərbaycan vətəndaşları kimi konstitusiya hüquqları çərçivəsində yaşaya bilər. Qalan tör-töküntülər, separatçılar isə oradan tamamilə təmizlənməlidir. Ermənilər isə öz danışıqlarında bunun tamamilə əksini istəyirlər. Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliklərinin beynəlxalq səviyyədə təminatını istəyirlər. Başqa sözlə, bunu Azərbaycanın daxili məsələsindən beynəlxalq səviyyəyə çıxartmağa çalışırlar. Bu da qətiyyən yolverilməzdir". 
Deputat qeyd edib ki, proseslər bu şəkildə davam etsə, Azərbaycan sərt gücdən istifadə edəcək: "Azərbaycan buna heç vaxt razı olmayacaq. Əgər proseslər bu şəkildə davam etsə, Azərbaycan artıq yumşaq gücdən sərt gücə keçəcək. Artıq Ermənistanın, separatçıların davranışları da buna doğru Azərbaycanı addım-addım irəli getməyə vadar edir. Yəqin ki, son anda bu addımdan istifadə olunacaq". 
Deputat həmçinin əlavə edib ki, iyuna qədər Paşinyanın ümidləri sona çatacaq:
"Ermənistanı indiki durumda daha çox stimullaşdıran Rusiya-Ukrayna müharibəsidir, Paşinyan bunun necə bitəcəyini gözləyir. Paşinyan eyni zamanda bizim qardaş Türkiyədə Prezident seçkilərinin nəticələrini də çox böyük həyəcanla gözləyir. Orada Paşinyanın ən böyük ümidlərindən biri Ərdoğanın seçilməməsidir. Çünki indiki müxalifət Ərdoğandan fərqli olaraq, xüsusilə, Kılıçdaroğlunun mövqeyi olduqca qeyri-müəyyəndir. Amma ümidvaram ki, Rusiya-Ukrayna müharibəsində Rusiyanın məğlubiyyəti qaçılmazdır. Qərb heç zaman Rusiyanın Ukraynada qələbəsinə imkan verməyəcək. Qaldı qardaş Türkiyədəki Prezident seçkilərinə, mən tam əminəm ki, qardaş türk xalqı tərəfindən Türkiyənin son dərəcə güclənməsi, regionalla yanaşı, beynəlxalq gücə çevrilməsi önə çəkiləcək və türk xalqı Ərdoğanın bir lider kimi başlamış olduğu və Türkiyənin güclənməsinə hədəflənən siyasətinin daha ciddi nəticə verməsi üçün seçimi düz edəcək və Ərdoğana səs verəcək. Beləliklə, iyuna qədər Paşinyanın ümidləri sona çatacaq".
Aydın Nuri

Siyasi       Tarix: 15 mart 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu cəbhədən ən son xəbər en son xeberler bu gun oxu.az xeberler