PSJ Messiyə görə rekord gəlir əldə edib
Fransanın PSJ klubu argentinalı ulduz futbolçu Lionel Messinin transferi sayəsində mövsümü 700 mlyon avroluq rekord gəlirlə başa vuracaq.
KONKRET.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun keçidi ilə Paris təmsilçisi 11 yeni sponsor və tərəfdaş cəlb edib.
Onlardan əldə edilən gəlir 300 milyon avrodur. PSJ cari mövsüm 1 milyon forma satıb ki, bunların da 60 faizi Messiyə məxsus olub. Paytaxt klubu məhsul satışından 41 milyon avro qazanıb.
Bundan əlavə, argentinalı forvardın transferi oyun günü gəlirlərini 132 milyon avroya yüksəldib. Bu məbləğ daha əvvəl 93 milyon avroya bərabər idi.
Gəlir baxımından əvvəlki klub rekordu 2018/2019 mövsümündə olub. PSJ həmin vaxt 637,3 milyon avro qazanıb.
Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında İspaniya "Barselona"sını PSJ-yə dəyişib. O, komandanın heyətində 33 rəsmi görüşə çıxıb, 11 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.//Report
Xidmetler [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi