"PSJ" prezidenti FİFA-ya 1 milyon avro ödədi - Şikayət geri götürüldü
"PSJ"-nin prezidenti Nasser Əl-Xəlafi FİFA-ya 1 milyon avro ödəyib.
Publika.az "The Times" nəşrinə istinadən xəbər verir ki, klub rəhbəri dünyanın ali futbol qurumunun onunla bağlı şikayətini geri götürməsi üçün bu addımı atıb.
FİFA Əl-Xəlafinin qurumun sabiq baş katibi Jerom Valkeyə rüşvət verməsi ilə bağlı İsveçrə Prokurorluğuna şikayət etmişdi. Ancaq PSJ prezidenti təşkilatla saziş bağlayıb və 1 milyon avro ödəyib. Bundan sonra FİFA şikayətini geri götürüb.
Məsələ burasındadır ki, İsveçrədə prokurorlar rüşvət hallarını yalnız şikayət olduqda araşdıra bilər. FİFA şikayətini geri götürən kimi prokurorluq istintaqı dayandırmağa məcbur olub.
Qeyd edək ki, eyni zamanda "BeIN Media Group"un sahibi olan Əl-Xəlafinin Jerom Valkeyə rüşvət verməkdə ittiham olunurdu. Sabiq baş katibin rüşvət qarşılığında 2013 - 2015-ci illərdə FİFA-dakı vəzifəsindən sui-istifadə edərək, 2018, 2022, 2026 və 2030-cü ildəki dünya çempionatının oyunlarının yayımlamaq hüququnu "BeIN Media Group"un əldə etməsinə köməklik göstərdiyi bildirilirdi. Valkenin bunun müqabilində 1,25 milyon avro rüşvət aldığı iddia olunurdu. /publika.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır