PUA-lar vasitəsilə neft təsislərinə hücum edildi
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi martın 7-də "Aramco" şirkətinin Ras Tanura limanındakı və Dharhan ərazisindəki neft təsislərinə dənizdən PUA-larla hücum edildiyi barədə xəbəri təsdiqləyib.
Publika.az rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, nazirlik Yəməndəki Hutsi qiyamçılarının hücumları nəticəsində insan tələfatı və neft anbarlarında zərərin olmadığını bəyan edib. Krallığın Müdafiə Nazirliyi bazar günü 12 ədəd PUA və 2 ballistik raketin zərərsizləşdirildiyi barədə məlumat yayıb.
Səudiyyə Ərəbistanı bu hücumları qlobal iqtisadiyyata və neft bazarına qarşı təxribat adlandırıb. İslam Əməkdaşlıq Təşkilatı və Körfəz ölkələri neft təsislərinə növbəti təxribatı qınayan bəyanatlar verib.
2019-cu ilin sentyabrında "Aramco" şirkətinin Əbqaiq neft təsislərinə və Hicrət Xuraiq yataqlarına raket hücumları nəticəsində 5,7 milyon barrel xam neftin, yaxud Səudiyyə Ərəbistanının gündəlik hasilatının 50 faizi dayandırılmışdı.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək