Puqaçov SİRLƏRİ AÇDI: Putinə dedim ki, sən dəfn olunacağın bir yer seç, cavab verdi ki

Puqaçov SİRLƏRİ AÇDI: Putinə dedim ki, sən dəfn olunacağın bir yer seç, cavab verdi ki"GORDON" internet nəşrinin qurucusu Dmitri Gordon, rusiyalı iş adamı, Rusiya Federasiyasının Federasiya Şurasının keçmiş üzvü və Rusiya Prezidenti Vladimir Putinin keçmiş yaxın dostu Sergey Puqaçovla 5 saatlıq bir müsahibə aparıb.
Publika.az xəbər verir ki, Qordon və Puqaçovun görüşü iş adamının hazırda yaşadığı Fransada baş tutub (2009 -cu ildə Fransa vətəndaşlığını alıb və bir neçə il sonra Rusiya vətəndaşlığından imtina edib).
Puqaçov SİRLƏRİ AÇDI: Putinə dedim ki, sən dəfn olunacağın bir yer seç, cavab verdi kiVaxtilə "Putinin bankiri" adlandırılan Puqaçov hazırda vətənində axtarılır və 15 milyard dollarlıq aktivləri ilə əlaqədar olaraq Haaqada Rusiyanı məhkəmə çəkişməsindədir. Müsahibə zamanı milyarder Rusiyanın birinci prezidenti Boris Yeltsinin niyə istefa vermək qərarına gəldiyi, Vladimir Putini varisi olaraq kimin təklif etdiyi, həqiqətən də Putinin İspaniyaya mühacirət etmək istədiyi, keçmiş baş nazir və prezident Dmitri Medvedevlə niyə ağızlaşdığı, habelə Rusiya Federasiyası Prezidentinin sərvəti, Qərb siyasətçiləri ilə ünsiyyəti, dinə, ətraf mühitə və ailəyə münasibəti barədə danışıb.
Puqaçov SİRLƏRİ AÇDI: Putinə dedim ki, sən dəfn olunacağın bir yer seç, cavab verdi ki"GORDON", Puqaçovla müsahibədən ən diqqət çəkici məqamlardan ibarət bir seçim hazırlayıb.
Boris Yeltsin haqqında
Puqaçov SİRLƏRİ AÇDI: Putinə dedim ki, sən dəfn olunacağın bir yer seç, cavab verdi kiYeltsin - çox güclü adamdır. O, ətrafında güclü insanları görmək istəyirdi. Ancaq 1991-1996-cı illərdəki Yeltsinlə sonrakı Yeltsini fərqləndirmək lazımdır. Prezidentliyin sonunda sağlamlıq vəziyyəti ağır idi, alkoqolizm...
Çox az adam Yeltsinlə birlikdə içdiyini söyləyə bilər. Yaxşı tanıdığım və xatırladıqlarım - Rusiya Federasiyası baş nazirinin o vaxtkı birinci müavini Oleq Soskovets, o vaxtkı baş nazir Viktor Çernomırdin, Yeltsinin təhlükəsizlik rəisi Aleksandr Korjakovdur. Əlbəttə, kim gəldi, onunla içmirdi. Adətən, hansısa içki məclisindən sonra Korjakov deyirdi: "Dünən altı şüşə konyak içdik". İkilikdə və ya üçlükdə.
Yadımda Yeltsin Rusiyanı həqiqətən xoşbəxt etmək istəyən bir adam olaraq qalıb. O vaxtların Aleksey Navalnısı kimi. Yalnız, Navalnı gələcəyin Rusiyasının nə qədər gözəl olduğunu söyləyir, Yeltsin isə Rusiyanın bu gün gözəl olduğunu deyirdi.
Yeltsin Kommunist Partiyasını qadağan edən fərman imzaladı. Və Leninin cəsədinin məqbərədən çıxarılması haqqında fərman imzaladı. Niyə məsələyə son qoyulmadı? Ətrafdakılar indi kommunistlərin çıxıb hər şeyi parçalayacaqlarını qışqırdılar. Yeltsinə güclü təzyiq oldu.
1996 - cı il seçkilərindən sonra Yeltsinin qızı Tatiana Dyaçenko demək olar ki, qeyri-rəsmi Rusiya Federasiyası Prezidentinin səlahiyyətlərinin icraçısı oldu.
Putinlə tanışlıq və dostluq haqqında
Putinlə 1991 -ci ildə tanış olmuşam. Sonradan çox yaxın münasibətlər qurduq. 1996 -cı ildən bəri onunla hər gün danışırdıq. Ətrafındakı insanların sayının çoxalmasından, onun ölkəyə olan marağının azaldığından və mənim də ona olan marağım azaldıqca ünsiyyətimizin intensivliyi aşağı düşdü. Mən Rusiyaya gəlməyi dayandırmamışdan əvvəl danışırdıq. 2010-cu il idi. Moskvada Putinlə mən qonşu idik, ad günlərini birlikdə qeyd edirdik.
- Putini kim üzə çıxardı?
- Putini Prezident Yeltsinin işlər müdiri Pavel Borodin aparıb. Bir vaxtlar onun qızının əri Leninqradda maşınla kimisə vurmuşdu. Və Putin bu problemi həll etmişdi.
Putin SSRİ NKVD rəhbəri Lavrenti Beriyanın bağ evində yaşayırdı. FTX direktoru olarkən mənə dedi: "Nə vaxtsa ağlına gələrdi ki, vaxtilə Beriyanın oynadığı bilyardda, bilyard oynayacağıq?"
Putin bir dəfə mənə dedi: "Özünə Gelencikdə torpaq al. Ora heyrətamiz bir yerdir" (2021 -ci ilin əvvəlində Rusiya Federasiyasında Putinin Gelencikdə böyük bir sarayının olması ilə bağlı bir araşdırma dərc olunmuşdu, dəyəri 1 milyard dollardan çox idi - "GORDON").
Bir dəfə Putin üçün bir bağça seçdım. Onu ora gətirdim, dedi: "Əla, bəyəndim, buradakı hovuz 50 metrdir". Hələ də orada yaşayır və o hovuzda üzür.
Putinə dedim: "Sən dəfn olunacağın yeri seç". Cavab verdi: "Mən indi yaşamağa hazırlaşıram. Nəyimə lazımdır? Əl çək məndən". (Moderator)
Ardı var...

Dünya       Tarix: 11 oktyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən canlı cəbhədən son xəbər maşın realiti şou sonxeber.az