Putin Abenin dəfninə dəvət olunmayacaq
Yaponiya Rusiya Prezidenti Vladimir Putini keçmiş Baş nazir Sindzo Abenin dövlət səviyyəsində keçiriləcək dəfn mərasiminə dəvət etməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "The Mainichi" qəzeti yayıb.
Məlumata görə, bu, Ukraynadakı müharibə ilə bağlı tətbiq edilən sanksiyalar çərçivəsində Yaponiyanın Rusiya rəhbərliyinin nümayəndələrinin ölkəyə girişini qadağan etməsi ilə əlaqədardır.
Bildirilir ki, Sindzo Abe Baş nazir olduğu dövrdə Putinlə dost münasibətlərə sahib olub.
Qeyd edək ki, Yaponiya hökuməti sentyabrın 27-də Şinzo Abe üçün dövlət səviyyəsində dəfn mərasimi təşkil edəcək. Çox sayda əcnəbi nümayəndə heyətinin iştirak edəcəyi mərasim Tokionun "Budokan" idman arenasında keçiriləcək.
Xatırladaq ki, iyulun 12-si Şinzo Abenin ailə üzvləri və yaxın dostlarının iştirakı ilə dəfn mərasimi baş tutub. Abenin cəsədi kremasiya olunub (yandırılıb).

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?