Putin açıqladı: 50 milyard dollar...
Rusiya 2019-cu ildə 13 milyard dollarlıq silah ixrac edib.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq komissiyasının toplantısında açıqlayıb.
"Sanksiyalar və haqsız rəqabətin artmasına rəğmən, qlobal silah bazarında Rusiyanın mövqeyi daha da güclənir",- Putin bildirib.
O, bu il xarici ölkələrin Rusiyada təşkil olunan fərqli sərgilərində müdafiə sənayesinin uğurları ilə tanış olduğunu qeyd edib: "Bu sərgilərdə beşinci nəsil "Su-57" qırıcıları, "Mi-38T" ağır yükdaşıma helikopteri və dördüncü nəsil ortamənzilli təyyarə əleyhinə raket sistemi olan "Vikinq" kimi hərbi texnika və silahlar tanıdılıb. Sərgilərdə 35 milyard rubl dəyərində razılaşmalar əldə olunub. Ümumi olaraq rus silahlarının sifariş portfeli sabit səviyyədədir və 50 milyard dolları keçir".
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək