Putin ELAN ETDİ - Ordu hazır vəziyyətə gətirildi

Putin ELAN ETDİ - Ordu hazır vəziyyətə gətirildiABŞ tərəfinin ballistik raket əleyhinə müqavilədən çıxmasından sonra Rusiya ilə Amerika arasında silahlanma yarışının başladığını ifadə edən Vladimir Putin sülhün tərəfdarı olduqlarını bildirib. Ancaq Rusiya ordusunun inventarında olan silahları ABŞ-dakılarla müqayisə edərək sanki gözdağı verib.
Publika.az xəbər verir ki, Moskvada keçirilən enerji forumunda çıxış edən Putin şəhərləri xəritədən silə biləcək hipersəsli raketlər haqqında bunları söyləyib: "Bu, təkcə hipersəsli deyil, qitələrarası bir raketdir və Rusiya artıq həyəcan vəziyyətindədir".
Rusiyanın hazırladığı raketlərin ABŞ-dakı versiyalardan 5 qat daha sürətli olduğunu vurğulayan Putinin sözləri tez bir zamanda dünyanın gündəminə çevrilib.
Putin ELAN ETDİ - Ordu hazır vəziyyətə gətirildiİngiltərənin "Mirror" qəzeti bu inkişafı oxucularına "Putinin Rusiyanın hipersəsli silahlara sahib olması ilə öyünməsi ABŞ-la hərbi qarşıdurma və Qərblə potensial Üçüncü Dünya müharibəsi qorxularını artırdı" sözləri ilə təqdim edib.
Ancaq bu raket Rusiyanın yeganə diqqətəlayiq silahı deyil.
Ötən aylarda Rusiyanın ABŞ sahillərində sunami yarada biləcək "Poseydon" adlı nüvə torpidosunu şimal qütbündə sınamağa başladığı ortaya çıxdı. Rəsmi olaraq 2M39 olaraq adlandırılan "Poseydon" dünyanın ən böyük torpidosu olaraq xarakterizə olunur. Su-57 qırıcıları eyni vaxtda 30 hava hədəfini izləyə bilir. Bunun təyyarənin hər hissəsinə yerləşdirilən antenlər sayəsində mümkün olduğu bildirilir.
Putin ELAN ETDİ - Ordu hazır vəziyyətə gətirildiRusiya T-14 Armata "Super tank" ilə NATO standartlarına çatıb. 3 ekipajın yerləşdiyi tankın topu tam avtomatikdir. Tankın avtomatlaşdırılması xüsusiyyəti sayəsində ekipaj sayı azalıb. Məsələn, ABŞ-ın "M1 Abrams" tankından 4 nəfər istifadə edə bilər.
154 mm-lik silahı olan tankın NATO inventarında zirehli maşınlar üçün böyük təhlükə yaratdığı düşünülür. Raket əleyhinə xüsusiyyəti sayəsində tank Qərb mütəxəssisləri tərəfindən ən yaxşı qorunan modellərdən biri olaraq göstərilir.
"Rostex"in baş direktoru Sergey Çemezov Rusiyanın S-500 raketdən müdafiə sisteminin istehsalına başladığını açıqlayıb. İlkin məlumata görə, S-500 600 kilometr uzaqdakı hədəfləri vura biləcək. S-500 eyni anda 10 hədəfi bağlaya və saniyədə 7 kilometrdən çox olmayan ballistik hədəfləri vura biləcək.
Putin ELAN ETDİ - Ordu hazır vəziyyətə gətirildiRusiya ordusunun əsgərin ağır texnikaları daşımasına və pulemyotla 700 atəş açmasına imkan verən müasir hərbi sisteminin yeni fotoları yayımlanıb. Sözügedən sistem saatlarla 35 kq yük daşımağa imkan verir. Rusiya mətbuatında yayılan xəbərlərə görə, cihaz artıq Suriyada istifadə olunmağa başlayıb.
Ehtiyatda olan ABŞ admiralı Ceyms Stavridis və jurnalist Elliot Akerman tərəfindən yazılan "2034: A Novel of the Next World War" (2034: Növbəti Dünya müharibəsinin ssenarisi) adlı kitabda Cənubi Çin dənizi müharibəyə başlamaq potensialına malik bir bölgə olaraq göstərilib. Ekspertlər həmçinin Rusiyanı xəbərdar ediblər. Sözügedən kitabda belə bir müharibə vəziyyətində hansı silahlardan istifadə edilə biləcəyi haqqında da məlumat verilir. Buna görə də pilotsuz hərbi maşınlar döyüş meydanında üstünlük təşkil edəcək.
Putin ELAN ETDİ - Ordu hazır vəziyyətə gətirildiStavridis və Akerman ənənəvi müharibə ilə yanaşı, belə bir qarşıdurmanın bir ilk olacağına inanırlar. Müəlliflərə görə, bu miqyaslı müharibədə hər iki tərəf düşmən sistemlərini ortadan qaldırmaq üçün genişmiqyaslı haker hücumlarına başlayacaq.
Akqabay

Dünya       Tarix: 15 oktyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun xeberler az en son xəbərlər bugün