Putin: "Ərdoğan müstəqil xarici siyasət aparır, onunla çalışmaq rahat və etibarlıdır
Putin: "Ərdoğan müstəqil xarici siyasət aparır, onunla çalışmaq rahat və etibarlıdır"
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ona xarici təzyiqlərə boyun əyməyən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla çalışmaq rahat və etibarlıdır.
"İnterfax"ın məlumatına görə, bu barədə Rusiya lideri "Valday" müzakirə klubunun videokonfrans rejimində keçirilən iclasında bildirib.
"Bilirəm ki, Prezident Ərdoğan müstəqil xarici siyasət aparır. Heç bir təzyiqə baxmadan biz onunla kifayət qədər qısa müddətdə "Türk axını" layihəsini həyata keçirdik", - deyə V.Putin qeyd edib.
"Biz Avropa ilə bu mövzunu ("Şimal axını-2" layihəsinin tikintisi) illərlə çeynəyirik və Avropa heç cür onun üçün tamamilə sərfəli olan "Şimal axını-2" layihəsinin reallaşdırılması üçün elementar müstəqillik və suverenlik nümayiş etdirə bilmir. Ancaq biz Türkiyə ilə bunu kifayət qədər sürətlə etdik, heç bir hay-küyə baxmadan, öz milli maraqlarımızı bilə və anlayaraq Ərdoğan dedi ki, biz bunu edəcəyik və etdik", - deyə V.Putin vurğulayıb.
Rusiya lideri qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan digər əməkdaşlıq sahələrində də müstəqil fəaliyyət göstərir.
"Məsələn, hərbi-texniki əməkdaşlıq. Türkiyə qərar verdi ki, onlara müasir HHM sistemi lazımdır, bu gün üçün dünyada ən yaxşı sistem isə Rusiya istehsalı S-400 "Triumf" sistemləridir. Dedi və aldı. Bu cür tərəfdaşla çalışmaq yalnız xoş deyil, eyni zamanda etibarlıdır", - Rusiya lideri bildirib. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına