Putin Kim Çen Ina avtomobil hədiyyə edib
Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina yerli istehsal olan avtomobil hədiyyə edib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Koreyanın Mərkəzi Teleqraf Agentliyi yayıb.
Məlumatda Putinin Şimali Koreya liderinə məhz hansı avtomobili hədiyyə etməsi açıqlanmasa da, hədiyyənin fevralın 18-i Kim Çen Inın bacısı Kim Yo Çjona təqdim edildiyi qeyd olunub.
Kremlin rəsmi sözçüsü Dmitri Peskov isə öz növbəsində jurnalistlərə açıqlamasında agentliyin yaydığı məlumatı təsdiq edib. Onun sözlərinə görə, Putin Kim Çen Ina "Aurus" markalı avtomobil bağışlayıb. Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.
Xatırladaq ki, Kim Çen Inın 2023-cü ilin sentyabrında Rusiyaya səfəri zamanı Putin həmkarına "Aurus" avtomobilini nümayiş etdirib. Putin bu zaman Kim Çen Inla görüşə də məhz həmin avtomobillə gedib.

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
İlham Əliyevdən həmkarına təbrik
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi