Putin növbəti il varisinin adını açıqlayacaq? - Kremldəki mənbələrdən gələn məlumatlar belə deyir

Putin növbəti il varisinin adını açıqlayacaq? - Kremldəki mənbələrdən gələn məlumatlar belə deyirKremldəki mənbəmizin sözlərinə görə, bu barədə şayiələr son bir neçə həftə ərzində fəal şəkildə dolaşmağa başlayıb. Ehtimal ki, onları Andrey Belousovun tərəfdarları yayır.
"Vladimir Vladimiroviçin növbəti il varisinin adını açıqlayacağı barədə söhbətlər şübhəli dərəcədə artıb. Və bunun müdafiə naziri Belousov olacağı deyilir (o, artıq Putindən sonra Rusiyaya rəhbərlik etmək iddiasını səsləndirib, – red.). Varis haqqında sözlər tam cəfəngiyyat kimi səslənir, bizim prezidenti ümumiyyətlə necə əvəz etmək olar? Lakin onları çox ciddi adamlar təkrarlayır və yayır", – deyə Prezident Administrasiyasındakı həmsöhbət danışıb. Və Belousovun prezident üçün fiziki təhlükə yaradıb-yaratmadığını araşdıracağına söz verib.
Müdafiə nazirinə yaxın mənbələr belə şayiələri yaymaqlarını rədd edirlər. Lakin eyni zamanda bildirirlər ki, "Andrey Removiç yaxşı baş nazir olardı (onun bu cür ambisiyaları barədə yazmışdıq, – red.), hərbi vəziyyətin tətbiqinə nail olardı, nə vaxtsa isə daha yüksək vəzifədə Vladimir Vladimiroviçin başladığı işi davam etdirə bilərdi". Bununla faktiki olaraq təsdiq edirlər ki, Belousov prezident olmağa qarşı deyil.
"Hər halda yaxın gələcəkdə vuruşmaq lazım olacaq. Bunu Andrey Removiçdən yaxşı kim bacarar?" – deyə müdafiə nazirinin müavinlərindən biri hesab edir.
Eyni zamanda Kremldə onun istefasına nail olacaqlarını vəd edənlər var. "Xüsusi hərbi əməliyyat pis gedir, artıq heç bir Qələbədən söhbət gedə bilməz, vəziyyət daha da pisləşməmiş hər şeyi bitirmək lazımdır. Belousov isə daha çox hakimiyyət istəyir. Bu yolverilməzdir! Prezidentə Müdafiə Nazirliyində kökündən dəyişikliklər zərurəti barədə məruzə hazırlayıram. Belousov getməlidir", – deyə PA-dakı daha bir mənbəmiz əmindir.
Müəllif: Ruslan Şevçenko,
Təqdim etdi: Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 30 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar

Azərbaycanın zəngin təbiəti, əzəmətli dağları və təbii sərvətləri ilə seçilən Kəlbəcər ölkəmizin ən yüksək dağ rayonudur. Kiçik Qafqazın qoynunda yerləşən rayon özünəməxsus relyefi, zəngin flora və faunası, sıx meşələri

Azərbaycan XİN rəhbəri: İran ətrafında vəziyyət sabitləşməyib

Azərbaycan və Litva XİN rəhbərləri daha geniş coğrafiyada olan prosesləri müzakirə edib. apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budri

Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 23-25-də Çin Xalq Respublikasına səfər edib. Səfər çərçivəsində Azərbaycanın ədliyyə naziri ilə Çin Xalq Respublikasını

Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Marneuli bələdiyyəsinin meri Daur İsmayılovla görüşüb. xəbər verir ki, görüşdə qarşılıqlı münasibətlərin daha da dərinləşdirilməsi ilə bağlı gələcə

Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın Bakıdakı səfirliyinin açılmasını iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ adlandırıb. Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki

Prezidentdən xarici ölkələrə ixracla bağlı - Fərman

Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti xarici ölkələrə malları

"Axşam nazir Ceyhun Bayramovla birlikdə "Sabah"a azarkeşlik edəcəyəm"

Bu axşam "Sabah" futbol klubuna azarkeşlik edəcəyik. KONKRET.azxəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. Nazi

Putin Rusiyaya artıq heç nə təklif edə bilmir: yalnız müharibə, yoxsulluq və ümidsiz gələcək

Putin Rusiyasında təkcə pul, texnologiya və müttəfiqlər tükənmir. Bu ölkədə gələcəyə dair təsəvvürün özü də yoxa çıxır. Hakimiyyətdə olduğu təxminən dörddəbir əsr ərzində Vladimir Putin Rusiyaya səfərbərlik, repressiya, təbliğa

Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib

Azərbaycan və Ermənistan sülhün institusionallaşdırılması istiqamətində irəliləməli olduqlarını qəbul edib. "Armenpress" xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan "Sülh körpüsü"


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun 2026 xəbər.az xəbər valyuta məzənnələri