Putin Pezeşkian və Netanyahu ilə danışdı
Rusiya Prezidenti Vladimir Putin İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian və İsrailin Baş naziri Benyamin Netanyahu ilə ayrı-ayrılıqda telefon danışığı aparıb. Danışıqlarda regionda artan gərginlik, xüsusilə İran və İsrail arasında eskalasiya diqqət mərkəzində olub.
KONKRET.az xəbər verir ki, Vladimir Putin Pezeşkianla söhbətində İran ərazisinə endirilən zərbələr nəticəsində həlak olan, o cümlədən mülki şəxslərlə bağlı İran rəhbərliyinə və xalqına başsağlığı verib. Rusiya prezidenti həmçinin bəyan edib ki, Moskva İranın nüvə proqramı ilə bağlı məsələnin dinc və diplomatik yolla həllini dəstəkləyir.
Pezeşkian isə cavabında bildirib ki, İsrailin İran ərazisinə endirdiyi hücumlar cavabsız qalmayacaq və rəsmi Tehran bu təcavüzə "uyğun cavab" verəcək.
Putin, həmçinin qeyd edib ki, Rusiya vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün İran və İsrail arasında deeskalasiya səylərinə töhfə verməyə davam edəcək.
Netanyahu ilə telefon danışığında isə Rusiya lideri BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq həyata keçirilən hərbi əməliyyatları pislədiyini vurğulayıb. Eyni zamanda, Vladimir Putin Moskvanın İran və İsrail arasında vasitəçi rolunu oynamağa hazır olduğunu bəyan edib.
Kreml rəhbəri sonda əlavə edib ki, Rusiya regional sabitlik üçün təhlükə yaradan bu böhranın həlli məqsədilə hər iki tərəfin rəhbərliyi ilə sıx əlaqələri davam etdirəcək.
Natiq Səlim,
KONKRET.az

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Masazırda ağır qəza: ölən var
Prezident qızları bir arada - Foto
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Uitkoff Sankt-Peterburqa gəldi