Putin Rusiyanı Qarabağla bağlı razılaşmanın əldə olunmasında vasitəçi adlandırdı
Putin Rusiyanı Qarabağla bağlı razılaşmanın əldə olunmasında vasitəçi adlandırdı
"Rusiya Dağlıq Qarabağla bağlı razılaşmanın əldə olunmasında yalnız vasitəçi rolunu oynadı və öz üzərinə tərəflərin sülh yolu ilə aralanması üçün öhdəliklər götürdü".
"RİA Novosti"nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
"Rusiya sadəcə vasitəçi rolunu icra edib və bu sənəd üzrə tərəflərin sülh yolu ilə aralanmasını həyata keçirmək məsuliyyətini öz üzərinə götürüb. Biz hazırda elə bunu edirik", - deyə V.Putin bildirib.
Rusiya lideri qeyd edib ki, müqavilənin müəllifləri üç tərəf – Rusiya, Azərbaycan və Ermənistan olub:
"Mətnin özünə gəldikdə isə bunu biz üçümüz etdik – mən, təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Nikol Paşinyan. Başqa cür ola bilməzdi, çünki mahiyyətcə bu, iki tərəf arasındakı razılaşma idi". /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."