"Putin XIX əsrdə yaşayır, türklər bunu daha yaxşı bilirlər, çünki..." - Ceyms Cefri
"Cənab Putin XIX əsrdə yaşayır. Türklər bunu daha yaxşı bilirlər, çünki türklər o dövrün böyük dövlətlərindən biri idi. İndi Putin o günlərə qayıtmaq istəyir".
KONKRET.az xəbər verir ki, bunu ABŞ prezidentinin Suriya üzrə keçmiş nümayəndəsi Ceyms Cefri CNN Türk-ə müsahibəsində deyib.
"Bayden administrasiyası Putinə yaxşı təklif verdi. İkinci addım kimi isə Bayden Ukrayna ilə həmsərhəd ölkələrə qoşun göndərdi. Bu, NATO-nun birliyini və Birləşmiş Ştatların bütün müttəfiqlərini qorumaq üçün hərəkətə keçməyə hazır olduğunu göstərmək üçün mühüm addım idi. Əgər Putin işğalla bütün beynəlxalq sistemi pozmaqda qərarlıdırsa, biz bunun qarşısını ala bilmərik. Amma ödəyəcəyi bədəli artırmaqla oranı işğal edəcəyi sonuncu yerə çevirə bilərik", – diplomat bildirib.
Cefri Rusiya liderinin Çinə səfərinə də toxunub:
"Çin iki gün əvvəl Pekində Putini qəbul etdi. Amma birgə bəyanatda Ukraynanın adı belə çəkilmədi. Hətta Çin də Rusiyanın addımlarını narahatlıqla izləyir. Gözləyib nə olacağını görəcəyik. Əlimizdən gələni etdik, indi top Putinin əlindədir"./Teleqraf.com/

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var