Putinlə sammit təklifi Avropanı bir-birinə qatdı, hiddətə səbəb oldu

Putinlə sammit təklifi Avropanı bir-birinə qatdı, hiddətə səbəb olduAlmaniya Kansleri Angela Merkel və Prezident Emmanuel Makron tərəfindən Rusiya prezidenti Vladimir Putinlə sammit keçirilməsi barədə irəli sürülümüş təklif ötən gün Brüsseldə gecənin gec saatlarında qızğın mübahisələrə səbəb olub və İttifaq üzvü olan ölkələrin, xüsusilə də Şərqi Avropa ölkələri liderlərinin ciddi müqaviməti ilə üzləşib. Habelə nüfuzlu Avropa nəşrləri bu təklifi hiddətlə pisləyən redaksiya məqalələri dərc ediblər.
Təklifin əleyhinə olanlar bildiriblər ki, münasibətlərin son dərəcə pis olduğu bir vaxtda Putinlə dialoq Moskvaya yanlış mesaj verə bilər. Avropa İttifaqı sammitinin 25 iyun tarixli bəyanatında deyilir ki, "liderlər Rusiya ilə dialoqun format və şərtlərini araşdıracaqlar". Sənəddə qeyd olunur ki, Avropa İttifaqı onun marağında olan bəzi sahələr üzrə Rusiya ilə müzaklirələr apara bilər. Burada söhbət ilk növbədə iqlim və ətraf mühit, səhiyyə, İranla nüvə sazişi, Liviya və Suriya kimi məsələlərdən gedir.
Putinlə sammit təklifi Avropanı bir-birinə qatdı, hiddətə səbəb olduKreml bildirib ki, Avropa İttifaqının Putinlə sammitləri bərpa etməmək qərarından təəssüf hissi keçirir: "Prezident Putin Moskva və Brüssel arasında işlək münasibətlərin bərpasında həmişə maraqlı olub və yenə də maraqlıdır".
Fransa və Almaniya 2014-cü ildən dayandırılmış Rusiya-Aİ sammitlərinin bərpa olunmasını təklif etmişdilər.Onlar iyunun 16-da ABŞ prezidenti Co Bayden və Putin arasında keçirilmiş Cenevrə sammitini əsas gətirirdilər. Buna baxmayaraq, Rusiya təcavüzündən narahat olan üzv ölkələr, xüsusilə də Estoniya, Litva, Latviya, habelə Polşa və Rumıniya Putinlə dialoqa qarşı çıxıblar.
Putinlə sammit təklifi Avropanı bir-birinə qatdı, hiddətə səbəb olduRusiya Avropa İttifaqının ən böyük enerji təchizatçısıdır və İranla nüvə razılaşması, habelə Liviya və Suriya kimi Avropanın strateji marağında olan məsələlərdə əsas rol oynayır. Lakin Avropa İttifaqı və Rusiya arasında bir sıra ciddi fikir ayrılıqları var. Bunlar Ukraynanın təhlükəsizliyi və Belarusda insan haqlarının vəziyyəti, habelə Moskvanın xaricdəki seçkilərə müdaxiləsi və Avropada təhlükəsizlik və stabilliyə hədə təşkil etməsi kimi məsələlərdir.
Təklif verənlərin arqumenti
Avropa İttifaqı Rusiya prezidenti ilə sammitləri Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra dayandırıb. Qərb bununla əlaqədar Rusiya üzərinə sanksiyalar qoyub, lakin Ukraynanın şərqindəki münaqişə ocağı hələ də közərməkdədir. Putinlə sammit təklifi verən Emmanuel Makron Brüssel görüşündən əvvəl demişdi : "Biz Rusiya ilə münasibətlərə dialoqsuz davam edə bilmərik".
Almaniya kansleri Angela Merkel isə bildirmişdi ki, son ayların hadisələri Rusiya ilə dialoqun zəruriliyini nümayiş etdirib. O deyib: "Bizim Rusiyanın təxribatlarına əlaqələndirilməmiş şəkildə reaksiya verməyimiz kafi deyil". Merkel qeyd etmişdi ki, Rusiyanın "hibrid hücumlarına" vahid və həmrəy cəbhədən reaksiya verilməsi üçün "mexanizmlər" olmalıdır.
"Bal küpəsi barədə ayı ilə dialoq"
Merkel sammitdən sonra deyib ki, onun istədiyi dialoq formatsız da başlana bilər. Almaniyanın Rusiyada nəhəng iqtisadi maraqları var və Berlin Rusiya qazını birbaşa Almaniyaya gətirməli olan Şimal Axını 2 kəmərinin tikintisinin başa çatdırılmasını istəyir.Lakin bu təklifə qarşı çıxan Litva prezidenti Gitanas Nauseda deyib ki, Rusiya davranışlarını dəyişmədən onunla heç bir dialoqdan söhbət gedə bilməz.
Putinlə sammit təklifi Avropanı bir-birinə qatdı, hiddətə səbəb olduNauseda əlavə edib ki, belə bir sammit "bal küpünü salamat saxlamaq üçün ayı ilə danışıqlar aparmağa" bənzəyərdi. Latviya prezidenti Krisyanis Karins isə deyib ki, diplomatiyanın Ukraynadakı münaqişəyə son qoya bilmədiyi bir vaxtda Rusiyanı dialoqla mükafatlandırmağa dəyməz.
Avopa İttifaqının bəyənatında deyilir ki, Rusiya özünün dezinformasiya, kiberhümlar və İttifaqda ixtilaf yaradılmasına cəhdlər kimi fəaliyyətlərini davam etdirərsə, Moskva üzərinə yeni sanksiyalar qoyula bilər. (virtualaz.org) /publika.az

Dünya       Tarix: 26 iyun 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53


azerbaycan xeberleri son xeberler yeni xeberler krminal bu gun sonxabar az sou biznes cəbhədən xəbərlər