Qabuniya Putini yenə canlı yayımda təhqir etdi - VİDEO
Video əlavə edilib.
*****
02:38
Rusiya prezidenti Vladimir Putini canlı yayımda təhqir etməsi ilə məşhurlaşan gürcüstanlı telejurnalist Georgi Qabuniya bu dəfə "Mtavari Arxi" televiziya kanalının efirindən Rusiya liderinin ünvanına kobud ifadə işlədib.
Publika.az "Ridus"a istinadla xəbər verir ki, Qabuniya kanalın efirində gözlənilmədən rus dilində danışmağa başlayıb. Təhqir dolu sözləri Rusiya dövlət başçısına ünvanlayıb. Buna səbəb Qabuniyanın qətlinin sifarişi ilə bağlı yayılan məlumat olub.
George Gabuniya 2019-cu ilin iyul ayında analoji çıxışı ilə beynəlxalq qalmaqala səbəb olmuşdu. O, "Rustavi-2" kanalında müəllifi olduğu verilişin bir dəqiqəlik efir vaxtını Rusiya prezidenti Vladimir Putinə, habelə mərhum valideynlərinə həsr etmişdi.
Qabuniyanın hərəkətini təkcə Rusiya deyil, həm də Gürcüstan hakimiyyəti - prezident Salome Zurabişvili və eks baş nazir Mamuka Baxtadze qınamışdı.
Bundan sonra Tiflisdəki "Rustavi-2"nin redaksiyasının binası önündə mitinq keçirilmişdi. İştirakçılar Qabuniyanın işdən çıxarılmasını tələb edərək, kanalın binasına yumurta və süpürgə atmışdılar.
Elə həmin ilin avqustunda "Rustavi-2" kanalının sahibi dəyişdirildi. Georgi Gabuniya ilə birlikdə kanalın baş direktoru Nika Gvaramiya kanaldan ayrılaraq "Mtavari Arxi" kanalına keçdilər.
Kurslar.az kurslar [newsid: 0-123300]

DÇ: Messi het-trik etdi, Argentina darmadağınla qələbə qazandı
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Bakcell-in dəstəyi ilə 5-ci "YAŞAT" düşərgəsi başladı - FOTOLAR
Ronaldo mundial tarixində yeni rekord müəyyənləşdirdi
DÇ-2026: Avstriya İordaniyanı məğlub etdi
Metroda dəhşətli anlar - Azyaşlı uşaq yıxıldı
Türkiyənin 54 vilayətində əməliyyat keçirilib, 258 nəfər saxlanılıb
İçərisində 189 nəfər olan təyyarə qəza siqnalından sonra radardan itdi
ABŞ-İran anlaşması: Hər iki ölkə ilk bu addımları atacaq
Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
"Qarabağ" İstanbul nəhəngi ilə qarşılaşa bilər
Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?
Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır