Qadın adı ilə komandiri təhqir etdi, məhkəmədə həbs olundu

Qadın adı ilə komandiri təhqir etdi, məhkəmədə həbs olunduNaxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissənin keçmiş əməkdaşı həbs edilib.
azxeber.com Qafqazinfo-ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Qasım Alıyev (şərti) bu ilin 14 iyul tarixində rəhbərliyin təqdimatı əsasında nazirin əmri ilə ehtiyata buraxılıb. Onun xidmətə uyğunsuzluğu əsas gətirilib və hərbi hissə komandiri sıranın önündə Q.Alıyevin xidmətdən kənarlaşdırılması barədə əmri oxuyub.
Bunu özünə sığışdıra bilməyən və komandirin ona qərəzli münasibətdə olduğunu düşünən Q.Alıyev sonra "Instagram"da qadın adı ilə saxta profil açıb. O, "Gulya" adı ilə açdığı profildə hərbi hissə komandirinin ünvanına ağır təhqirlər yazıb, onu bəzi çirkin əməllərdə ittiham edib.
Komandirin müraciətindən sonra araşdırma aparılıb və qadın adı ilə yazan şəxsin işdən çıxarılan Qasım Alıyev olması müəyyən edilib. Naxçıvan Şəhər Məhkəməsində onun barəsində Cinayət Məcəlləsinin 148-1-ci (İnternetdə saxta ad, profil və ya hesablardan istifadə edərək böhtan atma, təhqir etmə) maddəsi ilə edilmiş xüsusi ittiham qaydasında şikayətə baxılıb.
Məhkəmədə Qasım Alıyev törətdiyi əməli etiraf edib. Hərbi hissə komandiri isə Q.Alıyevə il ərzində 4 dəfə töhmət verildiyini, intizamsız davranışlarına görə xidmətdən kənarlaşdırıldığını bildirib.
Naxçıvan Şəhər Məhkəməsində keçirilən proses ötən həftə başa çatıb. Məhkəmənin hökmü ilə Q.Alıyevə 4 ay həbs cəzası verilib. İstintaq müddətində polisin nəzarəti altında saxlanılan şəxs məhkəmə zalındaca həbs edilib.

Sosial       Tarix: 27 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qlobal qaz qiymətləri yüksəlir: Azərbaycanı nələr gözləyir?

ABŞ-ın Nyu-York əmtəə birjasında (NYMEX) təbii qazın qiymətinin artması qlobal enerji bazarlarında diqqətlə izlənilən hadisələrdən biridir. ABŞ-də baş verən bu bahalaşmanın Azərbaycanın qaz sektoruna təsiri birbaşa olmas

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Evlərin sığortalanması mövzusu aktual olsa da, bir çox insanlar bu imkanlardan istifadə etmir. Bunun əsas səbəbləri arasında məlumat azlığı, əlavə xərc kimi qəbul edilməsi və risklərin düzgün qiymətləndirilməməsi göstərilir

Yeni tikilmiş binalarda ev alanları gözləyən sürpriz

Yeni tikililərdən mənzil alan vətəndaşların bir hissəsi sonradan müxtəlif problemlərlə üzləşdiklərini bildirirlər. Bu problemlər tikintinin keyfiyyətindən tutmuş sənədləşmə, layihə dəyişiklikləri, parking çatışmazlığı v

60 yaşlı kişi kanalda batdı

Ağdaş sakini kanalda boğularaq ölüb. Hadisə iyunun 17-si saat 10 radələrində rayonun Qarağan Şıxlar kəndində baş verib. Kənd sakini 1966-cı il təvəllüdlü Zahir Zakirov kəndin ərazisindən keçən Şirvan su kanalına düşüb. Z.Zakirovu

Bakıda bu göyərti növünün qıtlığı yaranıb - Səbəb açıqlandı

İyunun ortaları olmasına baxmayaraq, paytaxtın bir sıra bazarlarında keşniş tapmaq çətinləşib. Satıcılar bildirirlər ki, məhsulun azlığı həm qiymətlərə təsir edib, həm də alıcıların narazılığına səbəb olub. Bəzi vətəndaşla

Quranda Məhərrəm ayında toy etməklə bağlı qadağa yoxdur - İlahiyyatçı

Məhərrəm ayı İslam dünyasında xüsusi əhəmiyyət daşıyan aylardan biri hesab olunur və müsəlman təqviminin ilk ayıdır. Bu ay xüsusilə faciəli tarixi hadisələr və dini-mənəvi dəyərlərlə əlaqələndirilir. Əsasən də səbr, ibadət

Azərbaycanda Məhərrəm ayı başlayıb

İyunun 16-dan Azərbaycanda Məhərrəm ayı başlayıb. xəbər verir ki, İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ay

AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avro əvvəlki günlə müqayisədə bahalaşaraq 1,9741 manat

Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir

Gömrük rüsumlarından azad edlən malların əhatə dairəsi genişlənir. xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gömrük tarifi haqqında"


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən yeni xəbərlər cəbhədən şad xəbər ən son xəbər valyuta