Qadınlar arasında dava düşdü, əmisini öldürdü - QƏRAR
Bakı Ağır Cinayətlər Məhkəməsində əmisini dırmıqla öldürməkdə təqsirləndirilən Bahadur İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
KONKRET.azPravda.az-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Müəyyən edilib ki, cinayət işi üzrə məhkəmə aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aiddir.
Belə ki, Məhkəmə-Hüquq Şurası 14 noyabr 2019-cu il tarixli "Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"nın təsdiq edilməsi barədə qərarına əsasən, Ağcabədi rayonu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid edilib.
Məhkəmənin əqrarı ilə cinayət işi məhkəmə aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İttihama görə, hadisə bu il aprelin 20-də Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində qeydə alınıb.
Cinayət materiallarında göstərilib ki, qəsəbənin Laçın obaları yaşayış massivi, Fingə obasında yerləşən fermasının həyətyanı sahəsində dırmıq aləti ilə iş görən zaman anası ilə qonşuluqda yaşayan qohumları arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Daha sonra təqsirləndirilən şəxsin əmisi Əşrəf İsmayılov həyat yoldaşı Samirə İsmayılovaya qoşularaq anasını təhqir edib. Bu zaman qohumlar arasında dava düşüb. Bahadur İsmayılov anasını müdafiə etmək məqsədi ilə həmin münaqişəyə qoşulub əmisi ilə dalaşıb. O, orada Samirə İsmayılovanın gözü qarşısında Əşrəf İsmayılova əlindəki dırmıqla onun baş nahiyəsinə qəsdən bir zərbə vurub. Yaralı xəstəxanaya aparılıb. Saat 16 radələrində zərərçəkmiş şəxs müalicə aldığı yerdə, yəni Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən B.İsmayılov tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR