"Qafqazda daha bir sülhməramlı var" - Rusiyalı politoloq

"Qafqazda daha bir sülhməramlı var. Kanada Ermənistan ərazisində Aİ monitorinq missiyasının işinə qoşulmaq qərarına gəlib. Avropa Şurasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsi dərhal Ottavanın qərarını bəyəndiyini bildirib".
KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markedonov özünün Telegram kanalında yazıb.
"Ermənistan Xarici İşlər Nazirliyi kanadalı diplomatların hərəkətlərini alqışlayıb. Azərbaycan öz qiymətləndirmələrində müəyyən təmkin nümayiş etdirir. Moskva təmsilçiləri Ottavanın ünvanına sərt tənqidlərlə çıxış ediblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Aİ-nin Ermənistandakı missiyası Ermənistan-Azərbaycan münaqişəsinin həllinə deyil, geosiyasi problemlərin həllinə (Rusiyanın Qafqaz regionundan sıxışdırılması) diqqət yetirir. O, həmçinin bildirib ki, Kanadanın Aİ-nin Ermənistandakı missiyasının işinə qoşulması "vahid Avropa"nın ABŞ və NATO-dan artan asılılığını əks etdirir. Kanada sülhməramlılarının effektivliyi və obyektivliyinə də şübhələr ifadə olunub", – deyə Markedonov qeyd edib.
Politoloq bildirib ki, Ottava Qafqaza və Ermənistanla Azərbaycan arasında münaqişənin qlobal həlli prosesinə ilk dəfə maraq göstərmir.
"Bir il əvvəl Kanada hökuməti İrəvanda səfirlik açmaq qərarına gəlib. Daha sonra xarici işlər naziri Melani Coli bildirib ki, bu addım iki ölkə arasında əlaqələri gücləndirəcək və Ermənistanda demokratiyaya dəstəyi artıracaq. Bu, Ottavanın Qafqaz regionunu fəal şəkildə kəşf edəcəyi anlamına gəlirmi? Çox güman ki, məsələ onda deyil ki, Kanada Arktika gündəminə qarışdıqdan sonra birdən-birə Qafqazın yeni aparıcı aktyoruna çevriləcək. Əvvəllər bu ölkənin konsulluğu Gürcüstanda fəaliyyət göstərirdi, amma reallıqda Gürcüstan-Kanada münasibətləri NATO-nun ümumi gündəliyi ətrafında cəmlənmişdi. Çox güman ki, Aİ missiyasına qoşulmaq qərarı qeyri-Avropalı müttəfiqdən bir növ siqnaldır: biz sizinləyik, münaqişənin həlli istiqamətində səyləriniz tam dəstəyimizi tapacaq. Konkret hal onu göstərir ki, Qərb ilk fürsətdə öz birliyini, siyasi və diplomatik səfərbərlik üçün resurslarını nümayiş etdirməyə çalışır", – ekspert yazıb.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 28 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son dəqiqə ən son xəbərlər bugün hava son.xabar