"Qalatasaray" doğma meydanda məğlub oldu
Martın 19-da futbol üzrə Türkiyə çempionatının XXXI turu çərçivəsində keçirilən qarşılaşmada "Qalatasaray" doğma meydanda "Rizəspor"u qəbul edib.
Publika.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri qonaqlara 3:4 hesabı ilə məğlub olublar. "Qalatasaray"ın qollarını Deandre Yedlin (14), Emre Akbaba (31) və Yassine Meriah (74) vurublar. Rizə klubunun heyətində isə Samu (2), Fernando Boldrin (41), Milan Skoda (54) və Fernando Santos (90+2) fərqləniblər.
Günün digər matçında isə "Fatih Karagümrük" doğma meydanda "Kayserispor"un qapısından üç cavabsız top keçirib.
Turun digər oyunları martın 20 və 21-də keçiriləcək.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 63 xalla "Beşiktaş" başçılıq edir. İkinci pillədə 61 xal toplayan "Qalatasaray", üçüncü pillədə isə 58 xala malik olan "Fənərbağça" qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXI turda "Hatayspor" istirahət edir.
Turlar.az [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb