Qalatasaraydan tarixi transfer əməliyyatı
Yay transfer pəncərəsi üçün hazırlıqlara start verən Super Liqa nəhəngi "Qalatasaray" orta xətti gücləndirmək məqsədilə gözünü İngiltərəyə dikib. Sarı-qırmızılılar mövsümün əvvəlində də gündəmdə olan uruqvaylı ulduz Manuel Uqarte üçün yenidən hərəkətə keçiblər.
KONKRET.az xəbər verir ki, "Mançester Yunayted" 24 yaşlı futbolçu üçün 40 milyon avro transfer haqqı tələb edir. "Qalatasaray" rəhbərliyinin bu transferi reallaşdırmaq üçün bütün maliyyə imkanlarını və şərtlərini istifadə edəcəyi bildirilir.
Uqarte təkcə Türkiyə klubunun deyil, bir çox Avropa nəhənginin də diqqət mərkəzindədir. Xəbərdə qeyd olunur ki, ulduz futbolçu ilə "Qalatasaray"dan başqa aşağıdakı klublar da yaxından maraqlanır:
Aston Villa
Nyukasl Yunayted
Yuventus
Lion
Bu mövsüm "Mançester Yunayted" forması ilə 23 matçda meydana çıxan Manuel Uqarte ümumilikdə 915 dəqiqə sahədə qalıb. Uruqvaylı futbolçu bu oyunlarda hələlik qol və ya assistlə yadda qalmayıb.
"Qalatasaray"ın bu transfer əməliyyatı reallaşarsa, bu, klub tarixinin və Türkiyə futbolunun ən bahalı və səs-küylü transferlərindən biri kimi tarixə düşəcək.Milli.Az
Turlar.az [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA