Qalstanyan Paşinyana qarşı təxribat hazırlayır
Revanşist "Vətən naminə Tavuş" hərəkatının lideri, keşiş Baqrat Qalstanyan və tərəfdarları mayın 28-də Ermənistanın baş naziri Nikol Paşinyanın Sardarapat memorial kompleksini ziyarət etməsinə mane olmağı planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Çərşənbə axşamı, mayın 28-də Ermənistan rəhbərliyi təntənəli tədbirlərdə iştirak etmək üçün kompleksə baş çəkəcək.
Qalstanyanın tərəfdarlarından biri deyib ki, baş nazirin Sardarapata getməsinin qarşısını almaq üçün gecəni kompleksdə qalacaqlar. Onun sözlərinə görə, nümayişçilər çadırlar qurmağı və avtomobillərlə kompleksə girişi əngəlləməyi planlaşdırırlar.
Qalstanyanın sözlərinə görə, Ermənistanın baş naziri guya dünənki danışıqlar təklifini rədd edib və bununla da hərəkata "istədiyimiz kimi hərəkət etmək" hüququ verib.
Günel Mikayılova,
KONKRET.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu