Qanunsuz ov edən şəxslər cəzalandırıldı
Xəzər dənizinin Bakı və Sumqayıt şəhərləri akvatoriyasında, Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov açıqlamasında bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Azər Abdullayev, Neftçala rayon sakinləri Yasər Yusubov, Asif Cəfərov, Yusif Hüseynov, Mübariz Cəfərov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb:
"Ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1390 metr uzunluğunda 16 ədəd sintetik tor yığışdırılıb".
B.Məhəmmədov bildirib ki, eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə, Quba rayon sakinləri Sahib Daşdəmirov, Zülfü İsmayılov, Taleh İsayev, Şabran rayon sakini Heybətulla Bağırov, İmişli rayon sakini Mübariz Şahbazov, Bakı şəhər sakini Sücayət Əliyev, Ağcabədi şəhər sakinləri Emin Nəsirov və Tofiq Musayev saxlanılıb: ""Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb." / azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu