Qara Qarayev təklif olunan pula razılaşmadı - SƏBƏB
Qara Qarayev 2008-ci ildən formasını geyindiyi "Qarabağ"dan rəsmən ayrılıb.
KONKRET.az xəbər verir ki, dayaq yarımmüdafiəçisi karyerasını bundan sonra "Neftçi"də davam etdirəcək.
Millinin eks üzvü "ağ-qaralar"la 2+1 illik müqavilə bağlayacaq.
30 yaşlı orta sahə oyunçusu bu qərarı verməzdən öncə Ağdam klubunun rəhbərliyi ilə görüşüb. Ondan yeni şərtlərlə razılaşması və müqavilə müddətini uzatması istənilib.
Bildirilib ki, "Qarabağ"ın yetirməsinin "Neftçi"yə keçidi ictimaiyyətdə birmənalı qarşılanmayacaq, geniş əks-səda doğuracaq və yaxşı olar ki, burada qalsın.
Qarayev bu fikirlərə anlayış göstərdiyini, ancaq əvvəlki illərdən aşağı məbləğə oynamaq istəmədiyini deyib.
O, həmçinin qeyd edib ki, müqavilə müddətini artırmağa razılıq verərsə, əsas heyətə qaytarılacağına inanmır.
Julio Romaodan sonra Patrik Andradenin də komandaya qaytarılması ilə ilk «onbirliy»ə düşmək ehtimalının sıfıra enməsinə diqqət çəkən Qara söyləyib ki, vaxt itirmək niyyətində deyil. Beləcə, tərəflər arasında anlaşma əldə olunmayıb. Yığmanın eks oyunçusu yeni klubunda böyük pul qazanacaq. Burada keçirəcəyi hər mövsümdə 350 min manat əldə edəcək.
Qarayev "Neftçi"ni Emin Mahmudova görə seçib. Çünki onlar millidən tanışdırlar və bu münasibətlər ötən illər ərzində dostluğa çevrilib.
Demə, Qara hələ 3 ay əvvəl Eminə belə bir söz verib. Qurban Qurbanovun gözündən düşdüyünü hiss edən orta sahə oyunçusu "Neftçi"nin kapitanına "sən burada qalsan, mən də yanına gələcəm" deyib.
2017-ci ildən ağ-qara formanı geyinən Mahmudov bigünlərdə 2+1 illk yeni müqavilə imzalayandan sonra məlum şərti Qarayevin yadına salıb, o da, göründüyü kimi, sözünü tutub.//Sportinfo.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi