Qarabağ Dirçəliş Fondu Şuşada Türk Biznes Forumunda təmsil olunub – FOTO

Qarabağ Dirçəliş Fondu Şuşada Türk Biznes Forumunda təmsil olunub – FOTOŞuşada işğaldan azad edilmiş ərazilərin bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumu keçirilib.
azxeber.com xəbər verir ki, forum Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatının 4 daimi üzvü (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak ediblər.
Forumun məqsədi türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunması olub.
Forumda iştirak edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək tədbir iştirakçılarına Fondun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, prioritetləri barədə ətraflı məlumat verib.
Rəhman Hacıyev Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun qazandığı tarixi qələbədən sonra qarşıda dayanan əsas vəzifələr, yaranan yeni reallıqlardan bəhs edib.
İşğaldan azad edilən ərazilərdə dağıntıların miqyasının həddindən artıq böyük olduğunu deyən Rəhman Hacıyev erməni terroru nəticəsində maddi obyektlərə, memarlıq inciləri olan tarixi abidələrə, ekologiyaya dəyən zərər haqqında ətraflı məlumat verib.
Rəhman Hacıyev qeyd edib ki, Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin azad olunmuş ərazilərimizdə törətdikləri dağıntılar, həyata keçirdikləri qeyri-qanuni hərəkətlər və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm daşıyır:
"Belə ki, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi onların Qarabağa vurulan ziyanın həcmi, eyni zamanda Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlandırılmasından birbaşa asılıdır".
Bir sıra beynəlxalq təşkilatların ölkəmizə qarşı tətbiq etdiyi ikili standartların bu gün də davam etdiyini təəssüf hissi ilə qeyd edən Rəhman Hacıyev bildirib ki, işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işlərini Azərbaycan dost və tərəfdaş ölkərin yaxından dəstəyi ilə öz imkanları hesabına gerçəkləşdirir.
İdarə Heyətinin sədri işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasında dövlət, biznes və cəmiyyətin səylərinin birləşdirilməsinin, cəmiyyətin bütün üzvləri arasında həmrəyliyin təmin olunmasının rolunu xüsusi vurğulayıb, eyni zamanda bu sahədə dünya təcrübəsindən danışıb.
Rəhman Hacıyev Fondun həyata keçirdiyi tədbirlər və cari ildə nəzərdə tutulan layihələr, Fondunun fəaliyyətinin 2022-2025-ci illər əhatə edən strateji istiqamətləri, eyni zamanda Fonda cəlb olunan ianələr və ianə etmək imkanları barədə də tədbir iştirakçılarını məlumatlandırıb.
Qeyd edək ki, Forum çərçivəsində ikitərəfli görüşlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda investisiya imkanları" mövzusunda xüsusi sessiya keçirilib, bir sıra sənədlər imzalanıb.

Sosial       Tarix: 30 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xeber dunyada son xeberler xeber az bu gunun xeberleri haqqinda melumat