"Qarabağ" ən bahalı transferini etməyə çox yaxındır
Azarkeşlərin transfer fəallığı gözlədiyi "Qarabağ"ın danışıq apardığı futbolçulardan biri məlum olub.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi hazırda Fransanın "Loryen" klubunun hücumçusu Sambou Soumanonu transfer etmək üçün danışıqlar aparır.
Danışıqların uğurla davam etdiyi bildirilir.
Xatırladaq ki, "Qarabağ" S.Soumanonu transfer etmək üçün ötən ilin sonlarında da fəallıq göstərsə də, Fransa təmsilçisi ilə ortaq razılığa gələ bilməmişdi. Belə ki, "Loryen" transfer üçün nəzərdə tutulan məbləği 5 milyon avrodan 3.5 milyona endirsə də, Ağdam klubu təklifini 2.5 milyon avro və bonuslarla məhdudlaşdıraraq danışıqlardan geri çəkilmişdi.
Qeyd edək ki, Sambou Soumano 2021-ci ildə "Loryen"ə keçib. O, bundan sonra üç dəfə icarəyə verilib. Forvard əvvəlcə Belçikanın "Eupen" klubunda icarə əsasında çıxış edib.
Daha sonra isə Fransa aşağı liqa təmsilçiləri "Rodez" və "Keviyi Ruan"da oynayıb. 2024-cü ildə isə məxsus olduğu "Loryen"ə dönüb. Ötən mövsüm Liqa 2-də meydana çıxdığı 32 görüşdə 14 qol vurmağı bacarıb. Bu mövsüm isə o, Liqa 1-də üç görüşdə bir dəfə fərqlənib. O, 2-ci turda "Renn"in qapısına yol tapa bilib.
Turlar.az [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA