Qarabağ erməniləri reinteqrasiyadan niyə yayınır? – Ya bu tarixi fürsəti qiymətləndirəcək, ya da…

Qarabağ erməniləri reinteqrasiyadan niyə yayınır? – Ya bu tarixi fürsəti qiymətləndirəcək, ya da…Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması ilə bağlı məsələlərinin müzakirəsi üçün ikinci dəfə görüşə dəvət etdi. Görüşün yaxın günlərdə Bakıda keçirilməsi təklif olunurdu.
Lakin erməni tərəfi növbəti dəfə Azərbaycanın konstruktiv təşəbbüsünü cavabsız qoydu. Baxmayaraq ki, son Ermənistan 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib, bir milyondan artıq soydaşımızı öz doğma yurd-yuvasından didərgin salıb, Xocalıda, Gəncədə, Bərdədə, Tərtərdə qocaya, uşağa, qadına baxmadan tarixin ən qəddar terror cinayətini həyata keçirib, ərazilərimizi ekoloji və mina terroruna məruz qoyub, torpaqlarımızı xarabalığa çevirib, biz hadisələrə keçmiş yox, gələcək baxış prizmasından yanaşdığımızı nümayiş etdirərək, növbəti dəfə onlara barışıq əlimizi uzadırıq.
Hələ müharibənin ən şiddətli vaxtlarında Prezident İlham Əliyev yerli və xarici mətbuat orqanlarına müsahibələri zamanı bildirirdi ki, Qarabağda yaşayan ermənilərə digər Azərbaycan vətəndaşları kimi, bütün hüquqlar tanınacaq. Yəni, onlarla Azərbaycanın digər vətəndaşları arasında heç bir fərq olmayacaq. Bu kifayət qədər ciddi və mühüm bir bəyanat idi. Hansı ki, Ermənistanın tarixi təcrübəsində heç zaman belə bir mütərəqqi çağırış olmayıb və onlar İranda olduğu kimi, vaxtilə Ermənistanda yaşamış azərbaycanlılara qarşı daim nifrət hissi ilə yanaşıblar. Məhz bu nifrətin qığılcımları iki ölkəni – İran və Ermənistanı "qardaşlaşdırıb".
Ermənistan rəsmiləri bu günə aparılan danışıqlarda Qarabağda yaşayan ermənilərə hansısa "status" verilməsi şərtini irəli sürürdülər. Azərbaycan isə qətiyyətlə əsaslandırırdı ki, Qarabağda yaşayan ermənilərə hansısa bir statusun verilməsindən, ümumiyyətlə, söhbət gedə bilməz. Azərbaycanın Konstitusiya ilə müəyyən olunmuş unitar dövlət quruluşu var və bunun azsaylı etnik topluma görə dəyişdirilməsi mümkünsüzdür. Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi münasibət göstəriləcək. Unikal və tarixi məqam isə artıq yetişib. Azərbaycan Prezidentinin Adminstrasiyası Bakıda Qarabağ ermənilərini qəbul etməyə hazırlaşır.
Onlar ya bu tarixi fürsəti qiymətləndirərək, reinteqrasiya prosesinə təkan verəcək, ya da ərazini tərk edəcəklər. Çünki bu torpaqlar tarixi Azərbaycan torpaqlarıdır. Bu torpaqlarda yaşayan vətəndaşların isə müqəddəratını Azərbaycan dövləti təyin edir. Sosial-iqtisadi problemlər məngənəsində itib-batan ermənilərin israrı anlaşılan deyil. Görünən odur ki, arxada yellənən "qara əllər" yenidən Qarabağ ermənilərini təxribata sürükləyir və onları reinteqrasiya prosesindən kənarda qoymağa çalışır.
Müəllif: Azər Niftiyev / azxeber.com

Siyasi       Tarix: 14 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu cəbhədən ən son xəbər en son xeberler bu gun oxu.az xeberler