"Qarabağ" "Gent"lə oyuna ciddi itkiylə çıxacaq
"Qarabağ" UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikanın "Gent" komandasına qarşı keçirəcəyi səfər oyunundan öncə ciddi itki ilə üzləşib.
KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviç sıradan çıxıb.
Monteneqrodan olan 27 yaşlı futbolçu məhz "Gent"lə Bakıda baş tutan ilk oyunda zədə almışdı. Bu üzdən də o, qarşılaşmanın 78-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, ilkin müayinələrdən sonra Yankoviçin zədəsinin ciddi olduğu müəyyənləşib. Bu üzdən də o, "Gent"lə səfər oyunu üçün "Qarabağ"ın iştirak ərizəsinə daxil edilməyib. Futbolçunun yaşıl meydanlardan nə qədər kənarda qalacağına isə təkrar müayinələrdən sonra aydınlıq gələcək.
Xatırladaq ki, "Qarabağ" "Gent"ə ilk oyunda 1:0 hesabıyla qalib gəlib. Cavab qarşılaşması fevralın 23-də Belçikada keçiriləcək.(fanat.az)

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi