"Qarabağ" hansı hallarda 1/16 finala yüksələ bilər?

"Qarabağ" hansı hallarda 1/16 finala yüksələ bilər?Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-ə uduzan "Qarabağ" növbəti mərhələyə yüksəlmək şansını azaldıb.
Komanda qalan iki matçda qələbə qazansa belə, qrupdan çıxmaya bilər. Bakıda heç-heçə edib, öz meydanında qələbə qazanan APOEL şəxsi görüşlərdə üstündü və yekunda xallar bərabər olsa, Kipr klubu 1/16 finala çıxacaq.
4 turdan sonra 12 xal yığan "Sevilya" təkcə növbəti mərhələni yox, qrup liderliyini də təmin edib. "Qarabağ"la APOEL-in 4 xalı var - öz aralarındakı oyunlara görə Nikosiya təmsilçisi 2-cidi. 3 xalla sonuncu yerdə qərarlaşan "Düdelanj"ın da növbəti mərhələ şansı qalır.
Komandaların real gücünü və qrupdakı mövcud durumu nəzərə alsaq, "Qarabağ" hansı hallarda 1/16 finala yüksələ bilər? İlk növbədə onu qeyd edək ki, bu, o qədər də yüksək ehtimal deyil və sürprizlər sayəsində reallaşa bilər.
APOEL-in "Düdelanj"la səfər, "Sevilya" ilə ev oyunu qalıb. "Qarabağ" isə İspaniyaya səfər edəcək, lüksemburqlularla öz meydanında qarşılaşacaq.
Əgər növbəti tur "atlılar" Sevilyadan xalla dönə bilməsə, APOEL "Düdelanj"ı məğlub etməklə mərhələ adlayacaq. Azərbaycan təmsilçisi İspaniyada ən azı 1 xal əldə etsə, Kipr klubu səfərdə qələbə qazansa belə, ikinci pillənin sahibi son turda müəyyənləşəcək.
Hazırda qrupda bir çox şey "Sevilya"nın qalan oyunlara necə yanaşmasından asılıdır. Növbəti mərhələyə vəsiqə problemini həll edən əndəlusiyalıların növbəti matçlara ciddi yanaşmayacağı güman edilir. Belədə, "Qarabağ"ın səfərdə, APOEL-in evdə bu komandadan xal alması inandırıcıdır. Bu isə o anlama gəlir ki, təmsilçimiz üçün "Düdelanj" - APOEL görüşü xüsusi əhəmiyyətə malikdi. Artıq bu mövsüm bir dəfə sürprizə imza atıb, səfərdə kiprliləri məğlub edən "cırtdan ölkə" təmsilçisi öz meydanında da ən azı uduzmamalıdır. Lüksemburqda heç-heçə qeydə alınsa, "Qarabağ" da öz növbəsində Sevilyadan xalla qayıda bilsə, Bakıda "Düdelanj"ı məğlub etməklə mərhələ keçmək olar. Bunun üçün "Sevilya"nın da səfərdə APOEL-ə uduzmaması lazımdır. İspaniyadan xalsız qayıtmaqla da qrupdan çıxmaq olar. Bunun üçün yenə "Düdelanj" öz meydanında APOEL-ə uduzmamalı, "Sevilya" son turda Kiprdə qalib gəlməli, "Qarabağ" isə Lüksemburq klubunu məğlub etməlidir.
"Qarabağ" üçün ən yaxşı ssenari isə bir qədər fantastik görünür. Komanda səfərdə "Sevilya"nı məğlub edə bilsə, 1/16 final mübarizəsində favoritə çevriləcək. Bu halda hətta APOEL-in "Düdelanj"ı məğlub etməsi də bizi qorxutmamalıdır. Son turda "Qarabağ" özü Lüksemburq klubunu məğlub edib, "Sevilya"nın Kiprdə uduzmamasını gözləməlidir. (Futbolpress.az) /publika.az

İdman       Tarix: 09 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında İsrail yığmasını məğlub edib. bildirir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, U-15 millimi

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbər son xəbərlər azərbaycanda son xeberler bugun 2026 canli valyuta mezenesi