"Qarabağ" - "Kəpəz" matçındakı rekordlar
Misli Premyer Liqasının 12-ci turunun "Qarabağ" – "Kəpəz" oyunu mövsümün rekordları ilə zəngin olub.
KONKRET.az xəbər verir ki, Ağdam klubunun 7:1 hesablı qələbəsi ilə başa çatan matçda məhsuldarlıq rekordları yenilənib.
8 qolun vurulduğu bu qarşılaşma mövsümün ən məhsuldar görüşü olub. Bunadək ən çox top oktyabrın 20-də keçirilən "Səbail" – "Neftçi" oyununa təsadüf etmişdi. 6 qolun vurulduğu həmin matçda qonaqlar 4:2 hesabı ilə qalib gəlib.
Bu, mövsümün ən böyük hesabıdır. "Qarabağ"a qədər 6 top fərqi ilə qalib gələn olmayıb. Avqustun 6-da "Sabah" "Qəbələ"ni, sentyabrın 29-da "Qarabağ" "Sumqayıt"ı 5:0 hesabı ilə məğlub edib.
Qurban Qurbanovun komandası cari çempionatda bir matçda 5-dən çox qol vuran ilk komandadır. Bunadək rekord 5 dəfə fərqlənən "Sabah"la "Qarabağ"a məxsus idi.
"Kəpəz"in qapısından üç top keçirən Yassin Benzia mövsümdə ilk het-trikin müəllifi olub. Premyer Liqanın əvvəlki 57 qarşılaşmasında heç bir futbolçu ikidən artıq qola imza atmayıb.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi