"Qarabağ" möhtəşəm qələbə ilə növbəti mərhələdə! - YENİLƏNİB
"Qarabağ" Çempionlar Liqasının I turunun cavab qarşılaşmasında darmadağınla növbəti mərhələyə yüksəlib.
KONKRET.az-ın xəbərinə görə, qitənin ən nüfuzlu turnirində təmsilçimiz Polşa çempionu "Lex" üzərində 5:1 hesablı qələbəyə sevinib. Hərçənd, oyunun ilk saniyələrindən hesabda geri düşüb. Bununla belə, "Qarabağ" özündə inam taparaq, əvvəlcə hesabı bərabərləşdirib, hissənin sonunda 2:1 önə keçməyi bacarıb.
İkinci 45 dəqiqədə rəqibinin qapısını 3 dəfə silkələyən "köhlən atlar", bir həftə öncə 0:1 hesablı məğlubiyyəti artıqlaması ilə çıxıb.
"Qarabağ" – "Lex" – 5:1
Qollar: Velde, 1 (0:1), Kadi, 14 (1:1), Ozobiç, 42 (2:1), Medina, 56 (3:1), Kadi, 74 (4:1), Abbas Hüseynov, 77 (5:1)
Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 0:1
Beləliklə, turu adlayan "Qarabağ" növbəti mərhələdə İsveçrə çempionu "Sürix"lə qarşılaşacaq.
21:31
Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ" – "Lex" qarşılaşması davam edir.
KONKRET.azxəbər verir ki, 56-cı dəqiqədə Kevin Medina Ağdam təmsilçilərinin 3-cü qolunu vurdu – 3:1.
20:59
Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu keçirilir.
KONKRET.azxəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da başlayıb.
Görüşü ingiltərəli FIFA referisi Endryu Medli idarə edir.
"Qarabağ" Polşa "Lex"inə qarşı keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesabda önə çıxıb.
42-ci dəqiqədə Filip Ozobiç 2-ci topu qonaqların qapısından keçirib – 2:1.
Qeyd edək ki, Polşadakı ilk matçda "köhlən atlar" rəqibinə minimal hesabla uduzub – 0:1.
Canlı yayımı Buradan izləyə bilərsiniz.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu