Qarabağ' - MOİK oyununun Xankəndidə keçirilməsi tarixi ədalətin bərpasıdır' - Deputat

Qarabağ' - MOİK oyununun Xankəndidə keçirilməsi tarixi ədalətin bərpasıdır' - DeputatAzərbaycan Kubokunun 1/8 final mərhələsində keçiriləcək "Qarabağ" - MOİK matçı başlayıb. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stadionda çıxış edib. 
Sonra "Qarabağ" - MOİK oyununa Prezident İlham Əliyevin topa ilk toxunuşu ilə start verilib.
Bəs bu matçın Xankəndidə keçirilməsinin əhəmiyyəti nədir? 
Mövzu ilə bağlı azxeber.com-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Xankəndində "Qarabağ futbol komandası ilə "MOİK"  arasında kubok yarışının keçirilməsi tarixi ədalətin bərpa edilməsidir:
"Azərbaycan öz haqqını bərpa etdi, öz suverənliyini tam olaraq bərqərar etmiş oldu. İşğaldan azad olunmuş bütün torpaqlarımızda quruculuq, abadlıq işləri sürətlə həyata keçirilir. Azərbaycan dövləti bu ərazilərə həyatın geri qaytarılması üçün bütün bu yerin sahiblərini, keçmiş məcburi köçkünlərin dədə-baba yurdalarına qaytarılmasını təmin edir. Birbaşa olaraq bu Cənab Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilməkdədir. Xankəndində "Qarabağ" futbol komandası ilə "MOİK" arasında kubok yarışının keçirilməsi mən düşünürəm ki, tarixin bərpa  edilməsidir. Vaxtilə "Qarabağ" öz ev oyunlarını burada keçirirdi. "Qarabağ" uzun illər idi ki, Ağdamda və Qarabağ ərazilərində bu oyunu keçirə bilmirdi. Hal-hazırda Ağdam şəhəri yenidən qurulub tikilir. Orada da məhz "Qarabağ" futbol komandasına məxsus bir stadion olacaq və "Qarabağ" orda ev oyunları keçirəcəkdir. Bu oyun 2023-cü il üçün yadda qalan bir tarixi hadisə olacaq".
Deputat qeyd edib ki, "Qarabağ" gələcəkdə Çempionlar Liqası oyunlarını da Xankəndidə keçirə bilər: 
"Biz Heydər Əliyev ili çərçivəsində suverenliyimizi məhz sentyabr ayının 19-də keçirilən antiterror  tədbirləri  nəticəsində tam olaraq bərpa etmiş  olduq. Məhz bu oyunu keçirməklə biz haqq-ədalət tam olaraq yerini tutacaq. Azərbaycan futbolu məhz Qarabağa, Xankəndinə qayıtmış olacaq. Bu gündən sonra da mən düşünürəm ki,  Qarabağ yaxın gələcəkdə hətta  beynəlxalq  yarışlarda ev sahibliyi ilə  bunu edə biləcək. Gələcəkdə ola bilər ki, UEFA çərçivəsində keçirilən  Çempionlar Liqasında keçirilən oyunlarda da Qarabağ gələcəkdə Xankəndində, Qarabağda təşkil etsin və oynasın.Nəticə etibarilə bu cür  beynəlxalq yarışların və idman yarışlarının Qarabağda keçirilməsi mən düşünürəm ki, ümumilikdə bu  ərazilərə köç prosesini və bu ərzailərin tamamilə  Azərbaycana inteqrasiya prosesini sürətləndirməyə bir töhfə vermiş olar".
Nəzrin Cəbiyeva

Sosial       Tarix: 21 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabarlar son xeberler bugun 2026 muharibe son xeberler azerbaycan xeber.az bu gun