"Qarabağ müstəqil dövlət ola bilməz" – SENSASİON MÜSAHİBƏ

"1988-ci ildən bəri Qarabağın müstəqilliyi ilə bağlı BMT-yə üzv dövlətlərə minlərlə müraciət göndərilib. Görünən odur ki, heç bir BMT üzvü olan dövlət Ermənistan da daxil olmaqla, Qarabağın müstəqilliyini tanımağa hazır deyil".
KONKRET.az xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində tanınmış erməni siyasətçi Hayk Babuxanyan deyib. Onun sensasiyalı müsahibəsinin əsas hissələrini təqdim edirik:
"Hələ o vaxt biz güclü olanda və danışıqlar prosesi zamanı status məsələsi müzakirə olunanda heç bir BMT ölkəsi Qarabağın müstəqilliyini tanımırdısa, bu gün az-çox realist siyasətçi və ekspert bilir ki, indi belə şeyi arzulamaq fantaziyadır. Aydındır ki, BMT heç vaxt Qarabağı müstəqil ölkə kimi tanımayacaq".
Babuxanyan müsahibəsində daha sonra deyib: "Bu gün Qarabağ ermənilərinin üç variantı var: ya Ermənistanla Rusiyaya birləşmək, ya da Türkiyə ilə Azərbaycana. Gördüyümüz kimi, Ermənistana birləşmək variantı onsuz da real deyil. Türkiyə və Azərbaycanın nəzarətinə keçmək isə Qarabağ ermənilərinin sonu deməkdir. Ona görə də bircə variant qalıb: Rusiyaya üz tutmaq. Dəfələrlə demişəm, Qarabağdakı qurum bu və ya digər məsələni həll etmək, həmçinin Arayik Arutyunyanın öz kabinetinin qarşısında oturaq aksiya keçirmək əvəzinə Rusiyadan Qarabağı Sovet İttifaqının varisi kimi öz himayəsi altına almasını xahiş etməlidir.
Bu məsələ ilə bağlı Qarabağda referendum keçirilməlidir. Qarabağ Gülüstan müqaviləsinə əsasən Rusiya imperiyasına daxil olub. Dağlıq Qarabağ Muxtar Vilayəti Sovet İttifaqının Konstitusiyasında təsbit edilib. Bütün bunlar Rusiyaya hüquqi və mənəvi əsas verir ki, bölgəyə əlavə qoşun yeritsin. Bizim başqa yolumuz qalmayıb. Qarabağ erməniləri indən belə 100 yerə müraciət etsə də, onlar havada qalacaq. Ermənilərin müraciət etməli olduğu əsas yer Rusiyadır. Çünki bu gün bölgədə ordusu olan yalnız Rusiyadır.
Bütün digər ssenarilər məhvə məhkumdur. Müstəqillik və öz müqəddəratını təyinetmə anlayışlarına gəlincə, onlar fərqlidir. Öz müqəddəratını təyinetmə mənim dediyim kimi ola bilər: Qarabağ referendum yolu ilə öz müqəddəratını təyin edəcək və Rusiyaya üz tutacaq. Onsuz da Nikol gələnə qədər Qarabağ Ermənistanın tərkibində idi. Başa düşün, Qarabağ müstəqil dövlət ola bilməz. Bu, ilk növbədə demoqrafik, iqtisadi, siyasi və geosiyasi, hərbi-siyasi vəziyyətlə bağlı məsələdir. Qarabağ Avropa ərazisində insanların çox dinc yaşadığı Lüksemburq deyil. "Müstəqil Artsax" sözləri Qarabağı məhvə aparmaq deməkdir.
Ona görə də mən Qarabağı Ermənistana birləşdirmək ideyası uğrunda mübarizə aparan "Hayakve"yə qoşulmamışam və bundan sonra da qoşulmayacağam. Mən dalana dirənən proseslərdə iştirak etmirəm, etmərəm də. Yenidən birləşmədən danışırıqsa, sizə xatırladım ki, bizim partiya birləşmə ideyasının müəllifi və icraçısıdır. 1989-cu ildə dekabrın 1-də birləşmə qərarı bizim partiyanın təşəbbüsü ilə verilib. Və bütün bu illər ərzində təşkilat yenidən birləşmənin tərəfdarı olub. Biz Levon Ter-Petrosyanın bizi birləşmədən yayındırmaq üçün irəli sürdüyü Qarabağın müstəqilliyi tezisinin zərərli olduğunu söyləmişdik və nəticəsini də gördük. 30 il birləşmək dedik, hamı yox dedi və müstəqillikdən dəm vurdu. Və bu müstəqilliyi heç kim tanımadı. Nəticədə nə müstəqillik, nə də birləşmə baş verdi. Bu, bizim ürəyimizdə və beynimizdə yer almalı olan tezisdir, lakin təəssüf ki, bu gün Nikolun rəhbərliyinin siyasi nəticəsi ondan ibarətdir ki, Qarabağın Ermənistana birləşməsini artıq reallaşdırmaq mümkün deyil.
Bunu hamı başa düşür və açıq şəkildə demək lazımdır: xalqı aldatmaqdan əl çəkin. Qarabağ erməniləri yeganə xilas yolu ilə getmir və Rusiyaya qoşulmur. Üstəlik, burada məsələ qoşulmaqda deyil. Aydındır ki, bu gün Rusiya da bunu istəməyəcək, amma məsələ hansısa protektorat statusu almaqdır. Bu yeganə real variantdır, müstəqillik və birləşmə absurddur, blefdir, aldatmadır. Ya Qarabağ Rusiyadan xahiş edib protektorat alacaq (bunun üçün çox səy göstərməliyik), ya da Azərbaycan və Türkiyə Qarabağı udacaq. Biz nəhayət o ərazini itirəcəyik. Sonrakı proseslərdə Zəngəzur və Meğri müzakirə mövzusu olacaq.
Bizim düşmənlərimiz əsasən Qərbin qidalandırdığı fiqurlarla işləyir. Təəssüflər olsun ki, Ermənistanın siyasi elitası o qədər zəif və qısırlaşıb ki, Qərbin diqtə etmədiyi heç bir həll yolu təqdim edə bilmir. Hamı nə qədər vətənpərvər olduqlarını göstərməyə çalışır. Amma bu şüarlarla Qarabağı son məhvinə aparırlar. Biz indi o günə qaldıq ki, Ermənistan real olaraq öz müstəqilliyini belə qoruyub-saxlaya bilmir. Ermənistan bu gün Qərbin, Azərbaycanın və Türkiyənin maraqlarının həyata keçirən ölkəyə çevrilib".
Erməni siyasətçi xüsusi olaraq bunları bildirib:
"Nikol deyir ki, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Onda təbii ki, digər ölkələr deyir ki. tanıyırsansa, bizdən başqa nə istəyirsən? Bilirsiniz, biz istəyirik ki, bizim əvəzimizə başqaları vuruşsun, ölkə qursun, sərhədi qorusun, siyasi danışıqlar aparsın, Azərbaycan və Türkiyə ilə üz-göz olsun.
Məsələnin konkret siyasi tərəfinə gəlincə, Xankəndi-Bakı danışıqlar prosesi təbii ki, zəruridir, lakin bərabər olmalıdır. Əgər Azərbaycan danışıqlar prosesinin Rusiyanın vasitəçiliyi ilə getməsinə hazırdırsa, bu, çox normaldır. Aydındır ki, istənilən müharibə danışıqlarla başa çatır, uğursuzluqla nəticələnsə, yeni müharibə başlayır. Yeri gəlmişkən, Rusiya KTMT ilə bağlı birbaşa rəsmi fikir bildirib ki, bu strukturun Qarabağda heç bir məsuliyyəti olmasa da, təşkilatın sülhməramlı qüvvələri Ermənistan-Azərbaycan sərhədində dayana bilər. Bu isə Azərbaycandan müdafiə üçün əlavə stimul və zəmanətə çevrilər. Bununla bağlı Rusiya topun Ermənistanın meydançasında olduğunu bildirir. Yəni KTMT sülhməramlılarını qəbul edin, çünki bu, ən uğurlu çıxış yoludur.
Ermənistan isə Avropa Birliyinin mövcud müşahidəçilərinə kanadalıları əlavə etməklə cavab verir. Yəni casusların sayı artır, coğrafiyası genişlənir. Buna paralel olaraq Ermənistan KTMT-nin müntəzəm təlimlərində iştirak etmir.
Ona görə də deyirəm ki, beş ildir ki, Nikolun simasında hakimiyyəti zəbt edən şəxslər Azərbaycan, Türkiyə və Qərbin diqtəsi ilə hərəkət edir. Söhbət artıq Qarabağı Azərbaycana verməkdən getmir. Ruslar gedən kimi Azərbaycan hakimiyyəti Qarabağı onsuz da tamamilə ələ keçirəcək. İndi onlar soyqırım edəcəklər, yoxsa sadəcə olaraq erməni əhalisini qovacaqlar, bu sonradan görünəcək. Bu gün Qarabağ ermənilərini saxlayan yeganə amil Rusiya sülhməramlılarıdır. Başqa amil varmı, qoy desinlər, yoxdursa, o axmaq düşüncələri ilə nə etməyə çalışırlar? Bu, xəyanətdən başqa bir şey deyil. Və bu gün Nikol və onun siyasi ətrafı sülhməramlıları hədəfə alaraq deyir ki, Qarabağ Rusiyaya qoşulsa, məhv olacağıq. Bütün bunlar təkcə erməni siyasi fikrinin zəifliyini deyil, həm də satılmasını göstərir. Təəssüflər olsun ki, bu 30 ildə ABŞ və Türkiyənin xüsusi xidmət orqanları cəmiyyətimizə o qədər dərindən nüfuz edə bildilər ki, bu cəmiyyət sağlam səs eşidəndə o səsin haradan gəldiyini, hansının sağlam, hansının qeyri-sağlam olduğunu müəyyən edə bilmir. Mədəniyyətdə, siyasətdə, orduda, iqtisadiyyatda, hər yerdə Qərbin maraqları naminə Ermənistanı məhv etməyə hazır olan təbəqə formalaşıb".
Hazırladı: Sevinc Paşayeva,
KONKRET.az

Siyasi       Tarix: 02 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

Qarabağ əməliyyatından Vaşinqton razılaşmasına gedən yol: Nələr dəyişdi? 

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı ölkənin dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyini

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra "nümayəndələri" bu gün İrəvandakı "Yerablur" hərbi panteonunda peyda olublar. xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanya


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxabar az sou xeberler son xeberler bu gun oxu.az xeberler