"Qarabağ" "Neftçi"ni darmadağın edərək vahid lider oldu - YENİLƏNDİ
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, günün ikinci martçında "Qarabağ" son çempion "Neftçi"ni qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşə "köhlən atlar" daha üstün başlayıb. 10-cu dəqiqədə Filip Ozobiç meydan sahiblərini hesabda önə keçirib. 4 dəqiqə sonra isə Abdullah Zubir "ağ-qaralar"ı növbəti dəfə mərkəzə dəvət edib. Ozobiç 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.
"Neftçi"nin müdafiəçisi Ömər Buludov 37-ci dəqiqədə zədələndiyi üçün görüşə davam edə bilməyib. Onun yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub. 90+2-ci dəqiqədə Marko Vesoviç komandasının 4-cü qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran "Qarabağ" vahid lider olub. Qonaqlar isə 17 xalla ikinci sıradadır.
Qeyd edək ki, günün ilk matçında "Zirə" "Keşlə"ni 2:0 hesabı ilə üstələyib. IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları oktyabrın 31-də olacaq.
xxx
20:00
Oktyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun mərkəzi qarşılaşmasında üz-üzə gələn "Qarabağ" - "Neftçi" oyununun birinci hissəsi başa çatıb.
Publika.az xəbər verir ki, komandalar fasiləyə "Qarabağ" klubunun 3:0 hesablı üstünlüyü ilə yollanıb.
Oyunda hesabı 10-cu dəqiqədə Filip Ozobiç açıb. Qoldan beş dəqiqə sonra Abdulla Zubir fərqi iki topa çatdırıb. Qarşılaşmanın 23-cü dəqiqəsində matçın baş hakimi Əliyar Ağayev "flaqman"ın qapısına penalti zərbəsi təyin edib. Topa yaxınlaşan Filip Ozobiç özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
Matçın 37-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Ömər Buludov ciddi zədələnib. İyirmi üç yaşlı müdafiəçi meydanı xərəkdə tərk edib. Onun yerinə İsmayıl Zülfüqarlı daxil olub.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var