"Qarabağ" – "Nyukasl": Gözləntilər nələrdir?  

Avropadakı qürurumuz "Qarabağ" Çempionlar Liqasında yeni tarix yazmağa hazırlaşır.
Komandamız UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq. İlk qarşılaşma fevralın 18-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cavab görüşü isə fevralın 24-dən 25-nə keçən gecə saat 00:00-da başlayacaq.
Maraqlıdır, "Qarabağ"dan bu mərhələdə gözləntilər nələrdir? Komandamız "Nyukasl"ı keçə bilər?
KONKRET.az bildirir ki, mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov hit.az-a danışıb.
O bildirib ki, bizi yaxşı bir oyun gözləyir:"Əslində, komandamızın Çempionlar Liqası kimi bir turnirdə qarşılaşdığı bütün rəqiblərlə oyunları həddindən artıq çox gərgin keçdi, amma pley-off mərhələsinə düşməyi bacardı. Bu mərhələdə də bizim üçün uğurlu püşkatma oldu. Hazırda hər iki komanda çox çətin vəziyyətdədir. Çempionlar Liqasından əvvəl daxili çempionat və ölkə kubokunda oyunlara çıxmaq "Qarabağ"a çox təsir edir. Faktiki olaraq, "Qarabağ" "Nyukasl"la oyuna özünün ən optimal vəziyyətində çıxa bilmir. Düzdür, rəqibimizin də işi asan deyil. Onlar da dörd turnirdə mübarizə aparırlar. Ancaq onların ən böyük üstünlüyü ingilis klublarının belə sıx qrafikdə oynamağa alışmasıdır".
Ekspert qeyd edib ki, ilk matçda "Qarabağ" rəqibini evində qəbul etməsinə rəğmən, işi çətin olacaq:"Ən böyük çətinlik, "Qarabağ"ın ardıcıl oyunlar oynamaq məcburiyyətində olmasıdır. Ən azından son oyunlarda rotasiya etdikləri üçün məğlub olublar. Amma matçın gərgin keçəcəyi bir balaca rəqiblə oyunumuzu bərabərləşdirir. Mən bu matçı "Çelsi" ilə oyunla əlaqələndirərdim. Lakin "Nyukasl" fiziki cəhətdən yaxşıdır və atletik oyuna üstünlük verən bir komandadır. Heyətlərində çox yaxşı futbolçular var. Rəqibimiz pressinq edən və qarşı tərəfi daim təzyiq altında saxlamağa çalışan komandadır".
Onun sözlərinə görə, Bakıdakı oyunda cinah müdafiəçilərimiz özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar:"Düşünürəm ki, "Ayntraxt"la oyunda olduğu kimi bu cür hücumlarla biz "Nyukasl"ın müdafiə xəttini keçməyə və qol vurmağa çalışacağıq. Əminəm ki, Bakıda qol şanslarımız olacaq və qol vura biləcəyik. Lakin bizim zəif nöqtələrimiz künc zərbələri və qapıya tərəf cinah ötürmələridir. Onda bir balaca çətinliklə üzləşə bilərik. Hər halda, bizi "Nyukasl"la yaxşı bir oyun gözləyir. Məncə, ən azından Bakıda oynadığımız oyunda azarkeşlərimizin də dəstəyi ilə bərabərə qalmaq ehtimalımız yüksəkdir. Ən pis halda bərabərliyi 50 faiz olaraq dəyərləndirərdim".
Aslan Kərimov onu əlavə edib ki, "Nyukasl"la səfər oyunu digər matçlardan tamamilə fərqlənəcək:"Çünki digər rəqiblərlə yalnız bir oyun idi. Yəni cavab oyunu olmadan tək oyunda 3 xal toplamaq tələb olunurdu. Bu mərhələdə isə iki oyunun nəticəsinə əsasən turu keçmək lazımdır. Məncə, Bakıdakı oyunda qol və qollar vurmaq şanslarımız daha çox olacaq. Birinci oyunun nəticəsi bilavasitə ikinci oyuna da təsir edəcək. Yəni burada heç-heçə etsək, cavab oyununda rəqibimizi əks-həmlələrdə yaxalamaq şansımız daha yüksək olar. Məğlub olduğumuz durumda isə səfərdə bir az çətinliklə üzləşə bilərik. O zaman İngiltərədə daha riskli oynamaq məcburiyyətində qalacağıq. Ümumilikdə, turu keçmək şanslarımız var".

İdman       Tarix: 06 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Millimiz Litvanı məğlub edib

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv IV turda Litva yığmasını qəbul edib. 8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşma saa


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat enson xeberler novruz bayramı xeber saytlari