"Qarabağ" qrupa düşməklə bu qədər qazandı - MƏBLƏĞ
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinə düşməklə qazandığı məbləğ bəlli olub.
KONKRET.az-ın məlumatına görə, UEFA Azərbaycan çempionuna ilkin 3 milyon 630 min avro mükafat ödəyəcək.
Avropa Liqasının qrupunda oynayacaq komandalar üçün 116 milyondan çox pul ayrılıb. Bu rəqəm 32 klub arasında bərabər bölünür. Hər iştirakçı 3,63 milyon qazanır. "Qarabağ" da pley-offda "Olimpiya"nı keçməklə bu vəsaitə sahib çıxıb.
UEFA bundan əlavə vəsait də verir. Bu, klubların reytinqi və digər marketinq məsələlərinin detalları ilə tənzimlənir.
Təmsilçimiz qrupda keçirəcəyi 6 matçda da qazanc əldə edə bilər. Burada hər qələbə 630, heç-heçə 210 min pul gətirəcək. Qrup qalibi 1,1 milyon, ikinci yerin sahibi 550 min əldə edəcək. Bu iki komanda həm də növbəti mərhələyə vəsiqə üçün əlavə bonus alacaq. Pley-offda iştirak 500 min, 1/8 finala vəsiqə 1,2 milyon gətirəcək.
Qeyd edək ki, Konfrans Liqasına yuvarlanan "Olimpiya" 2,94 milyon qazanacaq.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi