"Qarabağ" qrupdan necə çıxa bilər?
"Qarabağ"ın "Bayer"ə 0:1 məğlub olması və "Molde"nin "Hakken"ə 3:1 qalib gəlməsinin ardından Avropa Liqasının H qrupunda vəziyyət gərginləşib.
KONKRET.az Offsideplus.az-a istinadən xəbər verir ki, dünən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyundan sonra xallarının sayını 12-yə çatdıran "Bayer" növbəti mərhələyə vəsiqəni təmin edib. "Qarabağ" isə "Molde" ilə yanaşı 6 xal yığsa da, qol fərqinə görə 3-cü yerdədir. H qrupundakı xal durumunu təqdim edirik:
H qrupu
1. "Bayer" – 12 xal
2. "Molde" – 6 xal (+4 qol)
3. "Qarabağ" – 6 xal (-3 qol)
4. "Hakken" – 0 xal
Avropa Liqasında qrupun aşağıdakı oyunları qalıb.
30 noyabr
00:00 "Hakken" – "Bayer"
00:00 "Molde" – "Qarabağ"
14 dekabr
21:45 "Qarabağ" – "Hakken"
00:00 "Bayer" – "Molde"
"Qarabağ" necə qrupdan çıxa bilər?
"Qarabağ" komandası qrupdakı son iki oyununda qələbə qazansa, qrup ikincisi olaraq qrupdan çıxa bilər.
Ağdam təmsilçisi "Molde"ni səfərdə məğlub etsə və "Molde" son turda "Bayer"ə qarşı oyunda xal itirsə, "Qarabağ" qrupdan çıxacaq.
"Qarabağ"ın "Molde"yə məğlub olması halında, 3 xallıq fərq yaranacaq ki, son turda "Molde" "Bayer"ə uduzsa və "Qarabağ" "Hakken"ə böyük hesabla qalib gəlib, "Molde" ilə aralarındakı qol fərqini aradan qaldıra bilsə, komanda qrupdan çıxa bilər.
Qeyd edək ki, Avropa Liqasında qrup üçüncüsü, Konfrans Liqasına gedəcək.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi