Qarabağ Universitetinə prorektorlar təyin olundu

Qarabağ Universitetinə prorektorlar təyin olunduQarabağ Universitetinə prorektorlar təyin olunub.
Elm və Təhsil Nazirliyindən azxeber.com-a verilən məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Nərgiz İsmayılova Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə, Fariz Əhmədov elm və innovasiya məsələləri üzrə prorektor vəzifələrinə təyin olunub.
Məlumat üçün bildirək ki, N.İsmayılova bakalavriat səviyyəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetində, magistratura üzrə isə Niderland Krallığının Maastrixt Universiteti ilə ADA Universitetinin birgə "Executive MBA" (EMBA) proqramında təhsil alıb. O, həmçinin London Biznes və Maliyyə Məktəbinin (LSBF) "İdarəetmənin inkişafı" proqramının məzunudur.
Nərgiz İsmayılova İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), "British Petroleum", "SOCAR Downstream Management" və digər qurumların benefisiarı olduğu müxtəlifspektrli institusional quruculuq, idarəetmə sistemləri və bacarıqların inkişafını hədəfləyən proqram və layihələr üzrə 10 ildən artıq təcrübəyə malikdir. O həmçinin İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), Dünya Bankı, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və digər beynəlxalq təşkilatlar tərəfindən icra olunan layihələrdə çalışıb. Nərgiz İsmayılova həm də 2-ci "Yüksəliş" müsabiqəsinin qalibi olub.
Nərgiz İsmayılova bu təyinatadək Təhsilin İnkişafı Fondunun (TİF) Layihələrin idarə olunması şöbəsinin müdiri və TİF-in İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb.
Fariz Əhmədov isə biznesin təşkili və idarə edilməsi ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU/UNEC) bakalavriat, idarəetmə və təşkilatlandırma ixtisası üzrə Türkiyə Cümhuriyyətinin Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda magistratura səviyyələrində təhsil alıb. Fariz Əhmədov həmçinin iqtisad elmləri üzrə fəlsəfə doktorudur.
Fariz Əhmədov 2010–2014-cü illərdə UNEC-in Türk dünyası iqtisad fakültəsində müəllim, baş müəllim, dosent və kafedra müdirinin müavini vəzifələrində çalışıb. 2014–2017-ci illərdə UNEC-in İqtisadiyyat və işlətmə kafedrasının müdiri, 2017-ci ildən isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru olub. Fariz Əhmədov həmçinin Dünya Bankı, BMT-nin İnkişaf Proqramı (UNDP), Elm və Təhsil Nazirliyi, "Erasmus+", "SOCAR Midstream Operations", KOBİA tərəfindən dəstəklənən bir sıra layihələrdə çalışıb.
Bir çox kitab və tədris-metodiki vəsaitlərin həmmüəllifi olan Fariz Əhmədov həm də "Web of Science", "Scopus" indeksli jurnallarda 10-dan çox elmi məqalənin müəllifidir. O, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun həyata keçirdiyi "2016-cı ilin gənc alimi" müsabiqəsinin qalibi olub.
Fariz Əhmədov bu təyinatadək UNEC-in elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsində işləyib.

Sosial       Tarix: 29 iyul 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbərlər bugün novruz bayramı cəbhədən son xəbər valyuta mezennesi 2026