Qarabağda tanklarının böyük qismini itirən Ermənistan köhnə T-55 tanklarını təlimə çıxardı - FOTO

Qarabağda tanklarının böyük qismini itirən Ermənistan köhnə T-55 tanklarını təlimə çıxardı - FOTOErmənistan ordusu bu günlərdə keçirdiyi "irimiqyaslı təlimlərdə" köhnə və modernizə edilməmiş T-55 tanklarını poliqona çıxarıb.
Bu detala "Vestnik Mordoviya" portalı Ermənistan Müdafiə Nazirliyinin yaydığı fotolara əsasən diqqəti cəlb edib. Təlimlərdə bir neçə T-72 tankı da görünüb.
Qeyd edək ki, Ermənistan ordusu özünün tank arsenalının böyük qismini 44 günlük Qarabağ müharibəsində itirib. Düşmənin 270-ə yaxın tankı Azərbaycan ordusu tərəfindən məhv edilib, 70-dən çox tank hərbi qənimət kimi götürülüb. Hazırda onların bir qismi Bakıda yaradılmaqda olan hərbi qənimətlər Muzeyində eksponata çevrilmək üzrədir.
Qarabağda tanklarının böyük qismini itirən Ermənistan köhnə T-55 tanklarını təlimə çıxardı - FOTOAçıq mənbələrdə yer alan məlumatlara görə müharibəyə qədər Ermənistan ordusunun quru qoşunlarının silahlanmasında 320 döyüş tankı yer alırdı. Təxminən bir o qədər tank da işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilmişdi. Beləliklə, təxmini hesablamalara əsasən müharibədə Ermənistan öz tank arsenalının yarıdan çoxunu itirib. Üstəlik bu tankların böyük qismi əsas döyüş tankları olan T-72 tanklarıdır.
Müharibə ərzində Ermənistan ordusunun T-72 tanklarının kütləvi şəkildə məhv edilməsi düşməni məcbur etmişdi ki, döyüşə köhnə T-55 tanklarını çıxarsın. Bu barədə sosial şəbəkələrdə videogörüntülərə rast gəlinirdi. Doğrudur, Azərbaycan ordusunun arsenalında da T-55 tankları mövcuddur və onlar müharibədə istifadə edilib. Lakin bunlar modernizə edilmiş, müasir nişangahlarla təchiz edilmiş T-55 tanklarından gedir. Üstəlik onlar döyüşə atılmırdı və hərəkətdə olan artilleriya qurğusu kimi ikinci eşalonda istifadə olunurdu. (virtualaz.org) /publika.az

Dünya       Tarix: 26 mart 2021
f Paylaş

Oxşar xəbərlər

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeber ensonxeberler maraqlı xəbərlər son xeberler bugun 2026 muharibe