"Qarabağdakı qanunsuz hərbi birləşmələr məhv ediləcək" - AÇIQLAMA

Ermənistanın sərhədə gətirdiyi yük maşınları hələ də gözləmə mövqeyindədir. Düşmən ölkənin "humanitar yük" şousuna dəstək verən qüvvələr Azərbaycanın qəti mövqeyi qarşısında geri addım atmağa məcbur olsa da, bəziləri hələ də ölkəmizi ittiham etməkdə davam edir. Şouda daha çox canfəşanlıq edən tərəf isə Fransadır. Qərbi Avropa dövlətinin bütün strukturları Ermənistana dəstək nümayiş etdirir və yüklərin məhz Laçın yolundan keçməsini israr edirlər.
Əslində Ermənistanın "humanitar fəlakət" adı altında başladığı bu çirkin kampaniya Azərbaycanın imicinə zərbə vurmağa hesablanıb. Amma Qərbdə də anlayırlar ki, Azərbaycan öz suveren hüquqlarından istifadə edir. Bu isə beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Tural Əliyev Ermənistanın məqsədi barədə danışdı:
"Ermənistan humanitar yükləri göndərəndə bilirdi ki, avtomobil karvanını Azərbaycan Laçın yoluna buraxmayacaq. Bunu bilərəkdən göndərmək o deməkdir ki, ermənilər "humanitar fəlakət" şousu düzəltmək niyyətindədir. Humanitar yüklərin sərhəddə saxlanılması və alternativ Ağdam-Xankəndi yolunun təklif edilməsini Ermənistan və havadarları qəbul etmədi. Nəticədə həmin yüklər hələ də gözləməkdədir. Azərbaycan isə öz mövqeyini dəyişməyib və verdiyi bəyanatın arxasındadır. ABŞ Dövlət katibinin Azərbaycan Prezidentinə zəng vurması və Laçın yolu ilə paralel digər marşrutların da istifadə edilməsi ilə bağlı dediyi sözlər o deməkdir ki, artıq ABŞ və digərləri də Azərbaycan tərəfinin bəyanatına hörmətlə yanaşır.
Onlaq qəbul edir ki, Azərbaycan öz suveren hüquqlarından çıxış edir və buna hörmət etmək lazımdır. Əks halda Azərbaycanın suveren hüquqları tapdanarsa və təklif edilən marşrutla humanitar yüklər daşınmazsa, regionda hərbi toqquşma ehtimalı artacaq. Ona görə də yüklərin Azərbaycanın təklif etdiyi yolla Qarabağa daxil olması məqbul hesab edilib. Yalnız qarşılıqlı güzəşt regionda vəziyyətin normallaşmasına gətirib çıxara bilər. Əks halda Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri məhv ediləcək. Bütün bunları Blinkenlə telefon danışığı zamanı dövlətimizin başçısı ifadə edib. Bundan sonrakı addımlar həmin yüklərin Qarabağa hansı formada daxil olmasından asılıdır. Yük Azərbaycanın müəyyən etdiyi yol xəritəsi ilə Qarabağa daxil olacaq".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 01 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber saytlari sou xeberler bu gunun xeberleri hava proqnozu