"Qarabağ"dan fantastik gəlir: 2023/24 mövsümündə nə qədər pul qazanıb?
"Qarabağ"ın 2023/24 mövsümündə avrokuboklarda qazancı müəyyənləşib.
KONKRET.azxəbər verir ki, Azərbaycan çempionu indiyə qədər 9 milyon 582 min avro gəlir əldə edib.
Bunun yalnız 200 mini UEFA Çempionlar Liqasının təsnifat mərhələsində qazanılıb. Qalan məbləğ UEFA Avropa Liqasındakı çıxışdan əldə edilib. İkinci dərəcəli klub turnirinin qrup mərhələsinə adlamaq 3 milyon 630 min avro qazanca səbəb olub. Son 10 ildə avrokuboklardakı reytinqinə görə isə daha 2 milyon 376 min avro klubun büdcəsinə köçürülüb.
Qrupda ikinci yeri tutmaq "Qarabağ"a 550 min, pley-offa yüksəlmək isə 500 min avro qazandırıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Avropa Liqasında 1/8 finala yüksələrsə, daha 1,2 milyon avro gəlir əldə edəcək. Ağdamlılar bunun üçün pley-offda Portuqaliyanın "Braqa" klubunu üstələməlidirlər. Azərbaycan çempionu turnirin qalibi olarsa, mövsümlük qazancı 23 milyon 982 min avro təşkil edəcək.
Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.//report.az
Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi