"Qarabağ"dan ikinci QOL - YENİLƏNİR

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda baş tutan "Kayrat" - "Qarabağ" matçında hesab növbəti dəfə dəyişib.
Publika.az xəbər verir ki, qarşılaşmanın 72-ci dəqiqəsində Abdullah Zubir "Qarabağ"ı növbəti dəfə hesabda önə keçirib.
O, Andradenin ötürməsini baxımlı zərbə ilə qapıçının başı üzərindən tora qovuşdurub.
xxx
20:58
UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda baş tutan "Kayrat" - "Qarabağ" matçında hesab dəyişib.
Publika.az xəbər verir ki, qarşılaşmanın 68-ci dəqiqəsində Kante meydan sahiblərinin bərabərlik qolunu vurub.
xxx
20:48
UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda baş tutan "Kayrat" - "Qarabağ" matçında hesab açılıb.
Publika.az xəbər verir ki, qarşılaşmanın 58-ci dəqiqəsində İbrahima Vadji "Qarabağ"ı hesabda önə keçirib.
O, öz reydini gözəl zərbə ilə məntiqi sonluğa çatdırıb.
xxx
20:36
UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ" səfərdə Qazaxıstanın "Kayrat" komandası ilə qarşılaşır.
Publika.az xəbər verir ki, oyunda ikinci hissə başlayıb.
Hazırda hesab açılmayıb.
xxx
20:19
UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ" səfərdə Qazaxıstanın "Kayrat" komandası ilə qarşılaşır.
Publika.az xəbər verir ki, oyunda ilk hissə başa çatıb.
Qarşılaşmanın ilk 45 dəqiqəsi boyunca hər iki komandanın bir neçə şansı olsa da, qapılara qol vurulmayıb.
xxx
19:30
UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ" səfərdə Qazaxıstanın "Kayrat" komandası ilə qarşılaşır.
Publika.az xəbər verir ki, matç başlayıb, hazırda hesab açılmayıb.
xxx
18:33
UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda baş tutacaq "Kayrat" - "Qarabağ" matçında hər iki komanda start heyətini açıqlayıb.
Publika.az xəbər verir ki, tərəflər meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Kayrat": 1. Stas Pokatilov, 4. Nuralı Alip, 6. Yatsek Quralski, 9. Vaqner Lav, 11. Yan Voroqovski, 13. Kamo Ohanesyan, 15. Frenki Banyak, 16. Rikardu Alveş, 18. Joze Kante, 20. Rade Duqaliç, 22. Neboyşa Kosoviç
Ehtiyat oyunçular: 30. Danil Ustimenko, 3. Sergey Keyler, 7. Quljikit Alıkulov, 8. Aybol Abiken, 19. Artur Şuşenaçev, 23. Andrey Ulşin, 24. Dino Mikanoviç, 25. Joao Paulo, 28. Yerkebulan Seydaxmet, 29. Daniyar Usenov, 33. Denis Polyakov, 46. Arsen Burançiyev
Baş məşqçi: Kurban Berdıyev
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
xxx
11:34
"Qarabağ" bu gün Avropa Konfrans Liqasında növbəti oyununa çıxacaq.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin qrup mərhələsinin IV turu çərçivəsində Almatı şəhərində Qazaxıstanın "Kayrat" klubu ilə qarşılaşacaq.
İki həftə əvvəl Bakıda keçirilmiş və oyuna əlavə olunmuş dəqiqə qolu ilə 2:1 qələbə qazanmış "Qarabağ" matçın favoriti hesab edilir. Komandamızda Bədəvi Hüseynov və Xayme Romeronun oynamayacağı dəqiqdir. Hər iki futbolçu zədəlidir. Meydan sahiblərində isə dizində zədəsi olan Qafurcan Suyumbayev meydana çıxmayacaq.
Qrupun digər matçında İsveçrənin "Bazel" komandası qonaq qismində Kiprdə autsayder "Omoniya"nı sınağa çəkəcək. Bu görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Hazırda yalnız çox top vurduğu üçün qrupun lideri olan "Bazel"in xal itirməsi, "Qarabağ"ın qələbəsi və ya "Bazel"in uduzması və "Qarabağ"ın heç-heçəsi sayəsində Ağdam təmsilçisi qrupda liderliyi ələ alacaq.
Avropa Konfrans Liqası
H qrupu
19:30 Kayrat (Qazaxıstan) – Qarabağ (Azərbaycan)
Baş hakim: Dmitri Muntyan (Moldova)
Almatı. "Ortalık" stadionu
Turnir cədvəli
1. "Bazel" – 7
2. "Qarabağ" – 7
3. "Kayrat" – 1
4. "Omoniya" – 1
Qeyd edək ki, bu gün millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Leqiya" komandası UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın Neapol şəhərində 0:3 uduzduğu "Napoli"ni qəbul edəcək. Polşanın paytaxtı Varşavada keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

İdman       Tarix: 04 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Fransadakı iğtişaşlar NFL-ə də təsir etdi - Trampdan matç ilə bağlı təklif

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib. xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Tram

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son vəziyyət cəbhədən xəbər xeberler bu qun metbuat