"Qarabağ"ı tənqid etdi, klubu uduzdu, onu günahlandırdı
"Qarabağ" klubu barəsindəki açıqlaması ilə Azərbaycanda gündəmə gələn Rumıniyanın FCSB klununun sahibi Gigi Bekali bir neçə gün futboldan danışmayacaq.
KONKRET.az qol.az-a istinadən xəbər verir ki, o, bu barədə komandasının UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) evdəki məğlubiyyətdən (1:2, ilk matç 0:1) sonra deyib.
O, komandasın uduzmasına əsəbi reaksiya verib.
Bekali məğlubiyyəti utancverici adlandırıb:
"Bu ana qədər komanda mənə danışmağa imkan verirdi. Bundan sonra nə deyim? Komanda məni lağa qoyursa, danışmağa haqqım var?"
FCSB-nin sahibinin sərt tənqidlərinin hədəfində isə komandanın kapitanı Adrian Şut olub.
Bekali onu "havada gəzən" adlandıraraq, oyun boyu topdan qaçdığını və meydanda liderlik göstərmədiyini bildirib.
"Şut ancaq Tiktok-dadır, nə deyə bilərik? Bütün oyunu təkbaşına Vlad Kirikeş apardı. Halbuki bunu etməli olan Şut idi, o isə hər şeyi Kirikeşin üzərinə atdı. 36 yaşlı oyunçudan matçı udmasını gözləyirsən? Məncə, oyunun taleyi mərkəzdən həll olunur. Şut nə top qəbul edirdi, nə də rəqibdən top almaq üçün ayağını uzadırdı. Məncə, şəxsi həyatı ilə bağlı nəsə problem var, dəqiq bilmirəm. Amma meydanda topdan, futboldan gizlənirdi. Sakit və tərbiyəli oğlandır, amma çox "havada"dır," – deyə Bekali "Digi Sport Special" nəşrinə açıqlamasında qeyd edib.
Xatırladaq ki, Bekali "Şkendiya" ilə oyundan əvvəl "Qarabağ"la bağlı qalmaqallı açıqlama vermişdi. O demişdi ki, "Qarabağ" onların səviyyəsində rəqib deyil və komandaya 2-3 qolla qalib gələrlər.
Amma FCSB "Şkendiya"nı keçə bilmədi. Beləliklə də "Qarabağ"ın 3-cü mərhələdə rəqibi Rumıniya yox, Şimali Makedoniya çempionu oldu.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib