"Qarabağ"ın Avroliqadakı rəqibləri müəyyənləşdi
Bu gün UEFA-nın mənzil-qərargahında Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Azərbaycanın turnirdəki yeganə təmsilçisi Ağdamın "Qarabağ" klubu "H" qrupunda mübarizə aparacaq. Püşkün nəticəsinə görə Qarabağ Almaniyanın "Bayer", Norveçin "Molde" və İsveçin "Heken" komandalarıyla qarşılaşacaq. Qrup mərhələsi sentyabrın 21-də başlayacaq və dekabrın 14-də başa çatacaq.
Püşkatmanın digər nəticələri belədir:
A qrupu: "Vest Hem" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya), "Backa Topola" (Serbiya).
B qrupu: "Ayaks" (Hollandiya), "Olimpik" (Fransa), "Brayton" (İngiltərə), AEK (Yunanıstan).
C qrupu: "Reyncers" (Şotlandiya), "Betis" (İspaniya), "Sparta Praqa" (Çexiya), "Aris Limassol" (Kipr).
D qrupu: "Atalanta" (İtaliya), "Sportinq" (Portuqaliya), "Şturm" (Avstriya), "Rakuv" (Polşa)
E qrupu: "Liverpul" (İngiltərə), LASK (Avstriya), "Union Saint-Gillois" (Belçika), "Tuluza" (Fransa).
F qrupu: "Villareal" (İspaniya), "Ren" (Fransa), "Makkabi Hayfa" (İsrail), "Panatinaikos" (Yunanıstan).
G qrupu: "Roma" (İtaliya), "Slaviya" (Çexiya), "Şerif" (Moldova), "Servet" (İsveçrə).
Xatırladırıq ki, Avropa Liqasının son qalibi bu mövsüm Çempionlar Liqasında çıxış edəcək İspaniyanın "Sevilya" klubudur.
Vəli Həsənov,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi