"Qarabağ"ın futbolçusu Fransa klubuna transfer olunur - Milyonluq anlaşma
"Qarabağ"ın hücumçusu İbrahima Vadji karyerasını Fransada davam etdirə bilər.
KONKRET.az xəbər verir ki, o, bu ölkənin "Sent Etyen" komandasına transfer olunur.
Bu barədə məşhur "L Equipe" nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, seneqallı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq. 27 yaşlı forvarddan ötrü Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəniləcək. Ağdam təmsilçisinin əlavə bonuslarla daha çox qazanc əldə etməsi də nəzərdə tutulub.
Vadji "Sent Etyen"in idman direktoru Loik Perren və klubun baş menecerinin müavini Samuel Rustemin diqqətini ötən mövsüm Avropa Konfrans Liqasının qarşılaşmalarında cəlb edib. Nəşrin yazdığına görə, onlar 3 həftədən çoxdur bu futbolçunun transferi üzərində çalışırlar.
Qeyd edək ki, seneqallı forvard 2021-ci ilin yayından "Qarabağ"da çıxış edir. O, Ağdam klubunda 36 oyuna 26 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu ötən gün Premyer Liqanın 4-cü turu çərçivəsində baş tutan "Şamaxı" ilə oyunda (4:0) ehtiyatda qalıb.
Ötən mövsümün sonunda Liqa 1-i tərk edən "Sent Etyen" hazırda Liqa 2-də mübarizə aparır.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi